Bel ağrısından bu sadə üsulla xilas olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 634
Səs ver:
(səs: 1)
Oturaq işdə çalışanların əksəriyyəti onurğa ağrılarından şikayət edirlər. Yay aylarında isə onurğa ağrıları özünü kəskin şəkildə göstərir. Həkimlər bu problemi aradan qaldırmaq üçün üzməyi təklif edirlər.
Oturaq iş həyatı və ya kondisioner olan otaqda uzun müddət qalmaq onurğa ağrılarını daha da şiddətləndirir. Odur ki, əzələləri və sümükləri qorumağın ən yaxşı yolu üzməkdir.
 
İsti havalarda orqanizmin maye ehtiyacı artır. Həddindən artıq tərləmə və damarlarda istinin təsiri ilə yaranan genişlənmə nəticəsində orqanizmin uc hissələrində ödəm əmələ gəlir. Xüsusilə, uzun müddət kompüter istifadə edən, oturaq işdə çalışanlar, az hərəkət edən insanlar risk altındadır. Bütün bunlarla yanaşı ürək damar və böyrək xəstəlikləri də ödəm şikayətlərinə təkan verir.
 
İstidən orqanizminizdə ödəm əmələ gəlirsə...
 
Ayaq və əlləri bir müddət yuxarıda tutun.
 
Kompres: soyuq su ilə dolu vedrənin içində əl və ayaqlarınızı 10 dəqiqə saxlayın.
 
Ayaq barmaqlarından topuqlara doğru yüngül masaj da faydalı ola bilər.
 
Əlləri sıxıb 20-ə qədər sayın, sonra barmaqları açıb bağlayın.
 
Əllər və barmaqları müxtəlif istiqamətlərdə hərəkət etdirin. Bu hərəkət təxminən 10-15 dəfə təkrarlanmalıdır.
 
Dəniz, ya da hovuzda yaranan əzələ ağrılarını azaltmaq üçün
 
Əzələ ağrıları kalsium, kalium, maqnezium çatışmazlığı, istilik dəyişikliyi, maye itkisi və əzələlərin öyrəşmədiyi yükə məruz qalması nəticəsində yaranır. Mütəmadi olaraq məşq etmək, xüsusilə isinmə hərəkətləri əzələ ağrılarını xeyli azaldır. Əzələ ağrılarını yüngülləşdirməyin digər bir üsulu da üzgüçülükdür. Bundan başqa,  çoxlu su içmək, xüsusən kalsium və maqnezium miqdarı yüksək olan qidalara üstünlük vermək bu ağrıların qarşısını alır.
 
Ağrılar təkrarlanarsa, gecə yatmazdan əvvəl dəsmalla əzələlərə isti kompres də edilə bilər. Dəniz, ya da hovuzda ağrılar artarsa, yavaşca üzmək məsləhət görülür. Sahilə çıxdıqda ağrıyan yerləri masaj edin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri