Badımcandan fərqli yeməklər hazırlayaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 938
Səs ver:
(səs: 1)

İçi doldurulmuş badımcan

6 ədəd badımcanın sapını kəsmədən qabığını soyub, ortasını kəsib yağdaqızardın. Soyuması üçün kənara qoyun. 1 ədəd soğanı, 3-4 dişsarımsağı doğrayıb, az yağda qızardın. 1 xörək qaşığı tomat pastası və istədiyiniz qədər qiymə töküb, qovurun. Duz, qara istiot əlavə edin. Ortası boş badımcanların içərisinə qiymə doldurub, üstünə pomidor dilimi və bibər qoyub, yağ əlavə edib 200 dərəcə isidilmiş sobada bişirin.



Köpoğlu
1 ədəd badımcanı, 1 ədəd pomidoru, 1 ədəd kabaçoku, 1 ədəd kökü, 1 ədəd acı bibəri doğrayın. 1 stəkan duru yağı tavada qızdırıb, doğranmış tərəvəzləri növbə ilə qızardın. Sonra onları böyük qabın içərisində qarışdırın. 4 diş əzilmiş sarımsağı 1 stəkan qatığın içərisinə əlavə edib, qarışdırın. Qatığı tərəvəzlərin üzərinə əlavə edin. Kənarda 2 xörək qaşığı yağı isidib, içərisinə toz halında olan qırmızı bibər tökün. Qatığın üstünə töküb, süfrəyə verin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri