Limondan sadəcə limonad hazırlamaq və ya salatlara dad qatmaq, ya da soyuqlama zamanı antioksidant kimi istifadə olunmur.
- Su ləkəsi olan hamam əşyalarını limon sürtərək təmizləyə bilərsiniz.
- 3 limon, 1 qaşıq vanil və suyu qazanda su qalmayana qədər qaynadın. Bu, evdəki havanı təmizləyəcəkdir.
- 3-4 limonun qabığını 4-5 bardaq su ilə qaynadın. Soyuduqdan sonra saç diblərini bu su ilə masaj edin. 10 dəqiqə saxlayıb durulayın. Həftədə 1 dəfə bu proseduru edin. Bu, kəpək
probleminə qarşı inanılmaz təsirli üsuldur.
- Əlinizə hopan yemək qoxularını əlinizə limon sürtərək yox edə bilərsiniz.
- Limonun tərkibindəki turşu qoltuq altındakı qoxuya səbəb olan bakteriyaları öldürür. Tər qoxusunun qarşısını almaq üçün qoltuğunuzun altına limon çəkə bilərsiniz.
- Limon suyunu saçınıza sürtüb 20 dəqiqə günəşdə otursanız, rəngi açılacaq.
- Paltarlarınızdakı tər ləkələrinə limon suyu çəkib yarım saat gözləyin və yuyun. Tər ləkələri yox olacaq.
- Tərkibində C vitamini bol olan limon dəriyə də yaxşı təsir göstərir. Limonu dərinizə və ya əllərinizə çəkərək daha parlaq və daha ağ bir dəriyə sahib ola bilərsiniz.
- Paslanan bıçaqları limon suyunda saxlasanız, pas ləkələrini aradan qaldıra bilərsiniz.
- Dilimlədiyiniz almaları və ya kartofu limon suyu damladılmış suyun içərisində saxlasanız, qaralmalarının qarşısını ala bilərsiniz.
- Limonlu suyu mikrodalğalı sobada 10 dəqiqə qızdırsanız, bir müddət saxlayıb asanlıqla sobanın içərisindəki ləkələri təmizləyə bilərsiniz.
- Həşəratların dişlədikləri yerlərə limon suyu çəksəniz, qaşınma və qızartını aradan qaldıracaq.