Çox az qadının bildiyi mətbəx sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 905
Səs ver:
(səs: 4)
Səhər yeməyi və ya çay içmək üçün hazırladığınız şirniyyatların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu əlavə edin.

Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün əvvəlcə onları una, yaxud nişastaya bulayıb, bir müddət saxladıqdan sonra keksə qatın.

Kartof püresinin daha dadlı olmasını istəyirsinizsə, içinə az miqdarda kakos (hind qozu) qatın.

Ətin yumşaq olması üçün əti qaynadarkən suyuna limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və maye yağlı sousun içində saxlayın. Sousun içinə təzə göyərtiləri nazik-nazik doğrayaraq əlavə etsəniz ət daha ləzzətli olar. Həmin əti qızardan zaman ətə yağ əlavə etmədən qızardın.

Kartof barmaqlarınızdakı və əlinizdəki qida ləkələrini çıxara bilər; çiy kartofu dilimləyib əlinizdəki ləkələrin üzərinə sürtün və yaxalayın.

Şorba çox duzlu olsa, təşvişə düşməyin. Qaynayan şorbanın içərisinə çiy kartof dilimləri atın. Kartof duzu çəkəcək, daha sonra kartofu şorbanın içərisindən çıxarda bilərsiniz.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 4 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri