42 qaşıq düyünün qüdrəti

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 2 258
Səs ver:
(səs: 1)
42 xörək qaşığı düyü təxminən 600-700 qram düyü deməkdir. Bunu almaq üçün çox kiçik bir məbləğ lazımdır. Bu kiçik məbləği xərcləyin ki, böyük məbləğlər xərclədiyiniz siqaretin, spirtli içkilərin, yağlı ətlərin, mənşəyi bilinməyən kərə yağlarının, bəh-bəhlə yediyiniz dönərlərin, tamahınıza qalib gələn bir çox şirniyyatların və daha nələrin, nələrin orqanizminizə sizdən də xəbərsiz bəxş etdiyi zərərli maddələrdən təmizləyəsiniz. Əgər bu haqda düşünmək qərarına gəldinizsə, əgər sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, sizə təqdim etdiyimiz bu faydalı məsləhətdən yararlanmağa çalışın.

Qədim Şərq təbabətində düyü ilə orqanizmin təmizlənməsi ən geniş yayılmış üsullardan biridir. 14 gün ərzində 42 xörək qaşığı düyüdən istifadə etməklə həm orqanizm zərərli maddələrdən təmizlənir, həm də aşağıdakı dəyişikliklər sağlamlıq durumuna müsbət təsir göstərir:

1. Bu vasitə orqanizmdən toksinləri xaric edir

2. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır

3. Böyrəklərin işini asanlaşdırır

4. Piylənmənin qarşısını alır

5. Bədəni artıq çəkidən azad edir

6. Maddələr mübadiləsi tənzimlənir

Düyü ilə orqanizmin təmizlənməsi zamanı lazımi nəticəni əldə etmək üçün bu üsulun şərtlərinə dəqiq əməl etmək vacibdir.

Bunun üçün əvvəlcə 4 ədəd stəkan və ya şüşə qab hazırlayıb üzərində 1-dən 4-ə qədər rəqəmlər işarələmək lazımdır. Hazırlıq işlərinə 4 gün vaxt sərf olunur.

1-ci gün səhər tezdən birinci stəkana (üzərinə 1 yazılmış) 3 xörək qaşığı yuyulmuş düyü tökün və üzərinə soyuq su əlavə edin. Sonra stəkanın ağzını bağlayıb kənara qoyun.

2-ci gün yenə də eyni vaxtda səhər tezdən dünən suya qoyduğunuz düyünü süzgəcdə və ya aşsüzəndə yuyun, yenə də üzərinə 1 rəqəmini işarələdiyiniz stəkana tökün, üzərinə soyuq su əlavə edin. Bundan sonra 2-ci stəkana (üzərinə 2 yazılmış) 3 xörək qaşığı yuyulmuş düyü tökün, üzərinə soyuq su əlavə edin.

3-cü gün üzərinə 1 və 2 rəqəmlərini qeyd etdiyiniz stəkanlardakı düyünü ayrı-ayrılıqda yuyun və yenidən həmin stəkanlara töküb üzərinə soyuq su əlavə edin.

Sonra üstündə 3 rəqəmini qeyd etdiyiniz stəkana 3 xörək qaşığı düyü tökün və üzərinə soyuq su əlavə edin.

4-cü gün 1, 2, 3 rəqəmləri ilə işarələnmiş stəkanlardakı düyünü yuyub yenidən öz qablarına tökün və üzərinə soyuq su əlavə edin. Daha sonra üzərinə 4 rəqəmini qeyd etdiyiniz stəkana yenə də əvvəlkilər kimi 3 xörək qaşığı düyü tökün və üzərinə soyuq su əlavə edin.

5-ci gündən başlayaraq orqanizminizin təmizlənməsinə başlayın. 1 rəqəmi ilə işarələnmiş stəkandakı düyünü süzün və sıyıq hazırlayın. Sıyığı zəif odda bişirin və çox qaynamağa imkan verməyin. Yeməzdən 30 dəqiqə əvvəl bir stəkan təmiz su və ya limon şirəsi ilə qarışdırılmış su için. Sıyığa duz, yağ, şəkər əlavə olunmamalıdır. Düyünü sıyıq bişirmədən də yemək olar. 4 gün suda qalmış düyü yumşaldığından onu bişməmiş halda yemək də rahat olur. Seçimi öz istəyinizə görə edin. Sıyığı və yaxud da bişməmiş düyünü yedikdən sonra 4 saat ərzində heç nə yeməyin. Hətta su, çay və şirə də içmək olmaz.

1-ci stəkanda olan düyünü istifadə etdikdən sonra onun icərisinə yenə də həmin miqdarda düyü tökün, üzərinə su əlavə edin və sırada olan 4 rəqəmi ilə işarələnmiş stəkandan sonrakı yerə qoyun. Beləliklə bu ardıcıllıqla 14 gün ərzində 42 xörək qaşığı düyü istifadə edəcəksiniz.

Orqanizmin təmizlənməsinin son günlərində sidiyin bulanıq olması narahatlığınıza səbəb olmasın. Bunu orqanizmin təmizlənməsinin ən yaxşı nəticəsi kimi qiymətləndirmək lazımdır. Daha yaxşı nəticələr əldə etmək üçün isə düyü ilə orqanizmin təmizlənməsini il ərzində iki dəfə həyata keçirmək məsləhət görülür.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri