Dərmansız öskürəkdən xilas olmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 528
Səs ver:
(səs: 3)
Öskürək xəstəliyi deyə bir şey yoxdur. O, hər hansı xəstəliyin simptomudur və əksər hallarda orqanizmin qoruyucu refleksidir.

Öskürək zamanı orqanizmdən mikroblar, selik, toz və s. zərərli və yad maddələr xaric olunur. Lakin bu yalnız nəm öskürəyə aiddir. Quru və uzunsürən xroniki öskürək orqanizmə heç bir kömək etmir və əksinə müxtəlif fəsadlara, yırtıqlara, ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər. Ev şəraitində öskürəyin qarşısını almaq onu dayandırmaq mümkündür. 

Qadınlar.biz oxucularına ev şəraitində hazırlayacağınız çay yaxudda müxtəlif qarışımlarla öskürəkdən azad olmağın yollarını təqdim edir. 

Boğaz yolları açan və bəlğəmin hərəkətini sürətləndirən qara istiotu bal ilə qarışdırmaq öskürəyin qarşısını alacaq vasitələrdəndir. Qara istiot çayının hazırlanma qaydası çox sadədir. 1 çay qaşığı üyüdülmüş qara istiot, 2 yemək qaşığı bal bir çay fincanında qarışdırılır. Üzərinə qaynar su əlavə edildikdən sonra 15 dəqiqə dəm almasını gözləyib içə bilərsiniz. Bu çay əsasən bəlğəmli öskürəyin qarşısını alır.

Ön tənəffüs yolları infeksiyaları, bronxit kimi xəstəliklər zamanı kəklikotu və bal çayından istifadə edin. Kəklikotu yarpağının öskürək zamanı faydası artıq isbatlanmışdır. Üzərinə bal əlavə edərək içməksə daha faydalı olacaq.

Limon, qara istiot və duz. Bu üçlükdən ösküryə xeyirli ola biləcək bir qarışım hazırlamaq mümkündür. Bir limonu 4 yerə bölün və bir dilimin üzərinə duz və qara istiot səpin. C vitamini ilə orqanizminizi zənginləşdirərkən digər tərəfdən öskürəyinizi də yox etmiş olacaqsınız.

Boğazdakı qıcıqlanmanı aradan qaldıran ən effektli içki ilıq südlə bal qarışımıdır. Bir stəkan ilıq südə bal qataraq içmək boğazda qıcıqlanmanın və öskürəyin qarşısını almaq üçün ideal vasitə hesab olunur.

Badam və portağal suyu da öskürəyin qarşısını almaq üçün əla vasitədir. Badamları rəndələyərək təzə sıxılmış portağal şirəsində qarışdırın. Bu ləzzətli, həm də şəfalı içki öskürəyinizin qarşısını alacaq.

Payızın son ayını yaşayırıq əsil heyva sezonudur desək yanılmarıq. Heyvanın meyvəsini yeyib çəyirdəyini atmaqla səhv etmiş olarsınız. Çünki onun tumlarını 2 stəkan su ilə yaxşıca qaynadıb içmək öskürəyin qarşısını alacaq təbii vasitədir.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 4 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri