Mətbəxin ən vacib detalı: Bıçaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 549
Səs ver:
(səs: 1)
Əslində bıçaqların ömrü sandığınız qədər də qısa deyil. Onları daha uzun müddət istifadə etmək üçün bir neçə məsələyə diqqət etsəniz kifayətdir.

Bıçaq alarkən nələrə diqqət etməlisiniz?
Mətbəxdə uzun müddət rahatlıqla istifadə edə biləcəyiniz bıçaqlar alarkən, onun görünüşünə çox da fikir verməyin. Çalışın uzun, qalın və iti bıçaqlar alasınız.
Məcbur olmadıqca set halında bıçaqlar satın almayın. Onun yerinə həqiqətən işinizə yarayacaq iki növ bıçaq almaq çox daha yaxşı bir seçimdir. Çünki, setin içindən çıxan bıçaqların çoxu işə yaramır.

Alacağınız bıçağın paslanmayan poladdan hazırlanmış olmasına diqqət edin. Paslanmayan poladdan hazırlanan bıçaq ərp bağlayaraq yeməyinizin dadını pozmaz.

Taxta dəstəyi olan bıçaqlarınızı əsla qab maşınında yumayın. Taxta sudan təsirləndiyi üçün, bıçağınızın ömrü azalacaq.

Xüsusilə də polad olmayan bıçaqlarınızın tez ərplənməməsi üçün yuduqdan sonra bezin köməyiylə yaxşıca qurulamaq lazımdır.

Bıçaqları necə itiləməlisiniz?
Hər evdə olan qəzet kağızı ya da bir qəhvə fincanı ilə bıçaqlarınızı itiləyə bilərsiniz. İtiləmək istədiyiniz bıçağı qəzet kağızına ya da stəkanın alt qisiminə sürtün.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri