Piroqun şişməsi üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 910
Səs ver:
(səs: 3)
Bir çox xanımlar bişirdiklərin piroqun istədikləri kimi şişməməsindən şikayətcidirlər.
Reseptə riayət etsələr də eyni effekti ala bilmirlər. Bu sizin nəyisə düz etməməyinizdən irəli gəlmir. Sadəcə olaraq keks hazırlayarkən diqqət edilməli olan bir sıra xırda nüanslar var ki, onları nəzərdən qaçırmaq olmaz.

Yumurtaların soyuduca olmaması lazımdır. Otaq istiliyində olan yumurtalalar daha yaxşı köptüyü üçün keksin də yaxşı qabarmasında təsiri vardır.
Yumurtaları köpüklənənə qədər çalın. Belə olduğu təqdirdə daha yumşaq bir xəmir əldə edə bilərsiniz.
Qabartma tozu və unu birlikdə qarışdırın. Daha sonra xəmirə əlavə edərkən mütləq ələyin. Belə olan halda qabartma tozu unla yaxşı qarışar və xəmirin qabarmasına səbəb olar.
Sufle kimi köpüklü kekslərin edirsinizsə, unu əlavə edərkən taxta qaşıqla altdan yuxarıya doğru qarışdırın. Çox da qarışdırmayın ki, köpüyü qaçıb havasız qalmasın. Çox qarışdırıldığında qabarıqlıq itər və nəticədə köpməmiş bir piroq ilə qarşılaşarsınız.
Keks xəmirinin tavaya yapışmaması ya da asan çıxması üçün yağladıqdan sora az miqdarda şəkər səpin yada unlayın.
Adətən keks 175-180 dərəcədə bişir. Soba dərəcəsi çox əhəmiyyətlidir. Amma bəzi tortlar bir az daha aşağı istilikdə bişir. Xəmirdən asılı olaraq dəyişən temperatur şirniyyatın tərifində qeyd olunur.
Sobanı və tavanı əvvəlcədən isidin, çünki yumurta isti mühitdə dərhal qabarıqlaşmağa başlayır. Yumurta bu xüsusiyyəti sayəsində qabarıq bir keks əldə edə bilərsiniz.
Əsla 20-25 dəqiqədən əvvəl sobanın qapağını açmayın. Çünki belə olduğu halda sobanın buxarı çıxır, təbii olaraq temperaturun azalması nəticəsində keksin qabarıqlaşması tamamlanmamış yenidən soyumağa başlayır.
Bişib-bişmədiyini anlamaq üçün kibrit çöpü vasitəsiylə xəmirin üstünə batırın. Əgər çöpdə xəmir yapışırsa bişməyib, əgər kibrit qururdursa deməli artıq keks hazırdır.
Sobadan çıxarılan keksi soyuyana qədər gözləyin. Tez kəsmək istəsəniz dağıla bilər. Ya da tavadan çıxararkən parçalanar.
Soyumağa qoyduğunuzda üzərinə dəsmal qoysanız yaxşı olar.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri