Bəzən canımız ağrıyanda işlərin çoxluğundan dərhal həkimə getmək imkanımız olmur. İstədiyin
an həkimin qəbuluna düşmək də bir o qədər asan məsələ deyil. Bəs, qəfil
boyun, şiddətli baş ağrısı, yaxud diz qapaqlarında sızıltı hiss edərkən
ilk tibbi yardım kimi nə etməliyik?
Boyun ağrıları
Bu nahiyədə ağrılar, adətən, əzələ spazması səbəbindən yaranır. Bu ağrını aşağıdakı yollarla aradan qaldırmaq olar.
1. Soyuq kompres
Ağrıyan
yerə buz qoyulmalıdır. Soyuq kompres damarları daraltdığı üçün ağrı
reseptorlarını bağlayacaq. Tədricən iltihab və ödəm azalacaq.
2. Elastik bint
Belə
plastırları zədələnən əzələlərə yapışdırmaq lazımdır. O, qan dövranını
yaxşılaşdıraraq, orqanizmdən iltihabi maddələrin çıxmasına səbəb olacaq.
Bu plastırla 5 gün ərzində gəzmək olar. Onu çıxartmadığınız müddətdə
duşdan sonra da qopmayacaq.
3. Maz
Onu ağrıyan nayihəyə çəkmək lazımdır. Məsələn, kapsaisin mazındakı maddələr ağrını sakitləşdirmək üçün effektli vasitədir.
Kürək ağrısı
Beldə
ağrı, xüsusən, yaşlı nəsildə tez-tez rast gəlinən əlamətdir.
Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatı boyu ən
azı bir dəfə bel ağrısından şikayətlənir. Bu, insanların həkimə müraciət
etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir.
Amma müəyyən sadə müalicəvi tədbirlərin və ya idmanla ağrıların uzun
müddət itməsinə nail ola bilərsiniz.
Əgər
siz uzun müddət gərgin və oturaq vəziyyətdə işləyirsinizsə, onda
əzələlərdə spazma yaranma ehtimalı yüksəkdir. Vəziyyətinizi
yüngülləşdirmək üçün kürək əzələlərinizi hərəkətə gətirin:
1. Özünüzü əllərinizlə qucaqlayın
2. Qarın üstə uzanaraq əllərinizi yuxarı qaldırıb birləşdirin, sonra aşağı salın.
Diz ağrıları
Yaş
artdıqca oynaqların vəziyyəti getdikcə pisləşir. Tədricən onların
qığırdaq quruluşu incəlir və elastikliyini itirirlər. Sümüklər
bir-birilə təmasda olmağa başlayır, bu da diz nahiyəsində xroniki
iltihabların və dözülməz ağrıların yaranmasına gətirib çıxarır.
Əgər
ağrı travma nəticəsində yaranıbsa, bu zaman oynağı istilik təsirindən
uzaq saxlayın (isti vanna və ya duş qəbul etməyin və s.).
Aşağıdakı üsullarla əzabdan xilas olmaq mümkündür:
1. Soyutma spreyin köməyilə
Spreyi
dizlərə çəkin. Bu zaman dəri soyuyacaq və ağrı getdikcə azalacaq.
Çünki bu zaman ağrı reseptorlarının işi dayanır və onlar beyinə
siqnallar ötürmür. Soyuq zədələnmiş yerdə qan dövranını azaldır. Bu da
bir qayda olaraq, şişin azalmasına gətirib çıxarır. Onu da yadda
saxlayın ki, bu cür spreyin təsiri yalnız bir sutkadır.
2. Elastik bintin köməyilə
Plastırı
dizə yapışdırmaq lazımdır. Düzgün yapışdırılmış plastır zədələnmiş
oynağa qədər qan dövranını yaxşılaşdırmağa kömək edəcək, həmçinin,
ağrını azaldacaq. Plastırı 4 kiçik hissələrə bölməyi unutmayın.
Plastırın
möhkəm olması üçün onu diqqətlə yapışdırmaq lazımdır. Onu bükülmüş dizə
yapışdırın. Əgər ağrıyan yeri elastik bintlə bağlasanız, şiş çəkiləcək.
Lakin bu zaman olduqca diqqətli davranmaq lazımdır ki, zədələnmiş yer
çox sıx bağlanmasın, əks halda, siz daha böyük problem yarada
bilərsiniz.
3. Diz ağrılarını kremlərin köməyilə aradan qaldıra bilərsiniz. Belə kremlər yalnız diz ağrısına yaxşı təsir edir.
4. Oturduğunuz və ya uzandığınız vaxt şişkinlikdən qaçmaq üçün ağrıyan dizinizi ürək səviyyəsinə qaldırın.