Qırışları aparır, saçları, dırnaqları uzadır...

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 3 104
Səs ver:
(səs: 0)
E vitamini bədənin bəzi funksiyaları üçün vacib rol oynayan bir mikro-qida maddəsidir. Sadəcə güclü bir antioksidan deyil, eyni zamanda immunitet sistemini gücləndirir, sağlam saç və dəri qulluğunda faydalıdır. E vitamini kəpəkli taxıllar, toxumlular, fındıq, Hindistan qozu yağı, zeytun yağı, avokado və yaşıl yarpaqlı tərəvəzlər daxil olmaqla müxtəlif qidalarda var. Bu qidaları yemək və sağlam bir qidalanma tarazlığı yaratmaq, saçlar və dəri üçün gözlə görüləcək qədər dəyişiklik əldə etmək istəyirsinizsə, E vitamini həbləri və yağından istifadə edin.
 
1. Qırışlarla mübarizə aparır
E vitamini qırışlar və digər yaşlanma əlamətləri ilə mübarizədə böyük rol oynayır. Güclü bir antioksidan kimi bədəndəki hüceyrə oksidləşməsi səbəbindən yaranan ziyanı aradan qaldırmağa kömək edir. E vitamini yağı yaşlanma müddətində böyük rolu olan bədəndəki sərbəst radikalların qarşısını almaq üçün fəaliyyət göstərir. Yüksək miqdarda C vitamini ilə kombinə edildikdə isə E vitamini təbii günəşdən qoruyucu təsirə malik olur və yaşlanmanı gecikdirir, dəri xərçəngindən qoruyur.
 
Faydalanmaq üçün
E vitamini ehtiva edən qidaları yeməklə yanaşı, gecələr yatmazdan əvvəl dərinizə E vitamini yağı, Hindistan qozu yağı və ya zeytun yağı sürtün. Səhər oyandığınız zaman məsamələrinizin tıxanmasınının qarşısını almaq üçün duş qəbul edin və ya üzünüzü yuyun.
 
2. Saçları uzadır
E vitamini qan damarlarını genişləndirir, dolayısı ilə saç dərisi və köklərinə daha sağlam təsir edir. Bu da saçların daha sağlam olması və tez uzanmasına kömək edir. Bundan əvvəl qeyd etdiyimiz kimi, eyni zamanda güclü bir antioksidan olan E vitamini ziyan dəymiş saç köklərinin yenilənməsinə kömək edir və saçların vaxtından tez ağarmasına mane olur.
 
Faydalanmaq üçün
E vitamini ehtiva edən qidaları yeməklə yanaşı, saça qulluq vasitələrinizə zeytun yağı və Hindistan qozu yağı ilə E vitamini əlavə etsəniz və bu qarışıqla saç köklərinizi masaj etsəniz, saçlarınız parlaq olacaq və tez uzanacaq. Bu qarışığı 30 dəqiqə saçlarınızda saxlayın və sonra yuyun.
 
3. Quru dərini yumşaldır
E vitamini quru və korlanmış dəri üçün ən yaxşı nəmləndiricilərdən biridir, xüsusən də əllər üçün. Bu mikro-qida antioksidan gücü ilə dərini elastik saxlamağa kömək edir və çatlamasının qarşısını alır.
 
Faydalanmaq üçün
E vitaminli qidalar yeyin. Bununla yanaşı, bədən lasyonunuzun içərisinə E vitamini qatın, gecə yatmazdan əvvəl və səhərlər istifadə etsəniz, yaxşı nəticələrini görərsiniz.
 
4. Çatlayan dodaqlara yaxşı təsir edir
Xüsusən həddən çox günəş, külək və soyuq havaya məruz qalan dodaqlar quruyur və çatlayır. E vitamini bu problemə güclü təsir edir.
 
Faydalanmaq üçün
Zərər görmüş hissəyə E vitamini yağı və ya E vitamini kapsulundan bir az sürtün.
 
5. Yara və çat izlərini azaldır
Hamiləlik və ya ani olaraq çəkinin artıb-azalması səbəbindən gözlə görülən və görülməyən çat izləri qadınların özlərinə güvən hissini azaldır. E vitaminin faydalarından biri də bu izləri görünməz hala gətirməkdir. E vitamini dərinin nəmlənməsini təmin edir və zədələnmiş hüceyrələrin yenilənməsini sürətləndirir. Güclü antioksidan təsiri ilə kallogen lifləri sərbəst radikallardan qoruyur.
 
Faydalanmaq üçün
E vitamini yağını zərər dəymiş dəriyə sürtün və 10-15 dəqiqə masaj edin. Təsirini artırmaq üçün zeytun yağı, Hindistan qozu yağı və ya limon suyu ilə qarışdırın. Bunu iki dəfə təkrara edin və hər dəfə 20-30 dəqiqə sonra yağ sürtdüyünüz yeri yuyun.
 
6. Dırnaqları uzadır
Qırılan dırnaqlar əsasən yaşlanma müddətinin bir hissəsidir. Eyni zamanda göbələk infeksiyası və bəzi digər xəstəliklərdən dolayı da baş verə bilər. E vitamini qırılan dırnaqlar üçün yaxşı dərmandır, nəmləndirici və elastikliyi artırmaq üçün kömək edir. E vitamini yağını davamlı olaraq istifadə etmək çatlama və qırılma riskini azaldır.
 
Faydalanmaq üçün
Yatmazdan əvvəl dırnaqlarınıza sürtün, 10-15 dəqiqə masaj edin. Həftədə bir neçə dəfə ilıq suya qatacağınız E vitamini yağı, zeytun yağı və Hindistan qozu yağı da bu problemi aradan qaldırmağa kömək edər.
 
7. Dəri iltihabına yaxşı təsir edir
Qızartı, dəridə yanma və şişmə hissi ilə xarakterizə edilən dəri iltihabları E vitamininin   antioksidan təsiri ilə azala bilər. Yatmazdan əvvəl infeksiya olan hissəyə sürtün, səhəri gün yuyun. Simptomlar birdəfəlik yox olanadək istifadə edin. 
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri