Duzlu xiyarın düzgün hazırlanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 757
Səs ver:
(səs: 2)
Duza qoymanın klassik reseptində sirkə istifadə edilmir, bunun üçün tünd duzlu su məhlulu gərəkdir.
Xiyarları fərqli miqdarda duz tərkibli suda bağlamaq olur, bir litr suya 60-300 qr duz qatmaqla. Duzun nisbətləri zövqə görə seçilir.
Duzlu hazırlayarkən, ətirli otlar və ədviyyatlardanda istifadə etmək lazımdır. Ədviyyat qarışığını insan öz zövqünə görə seçməlidir, burada bir qayda yoxdur. Belə bir dəst məsləhət görmək olar: üç litrlik duzlu xiyar bankasına 50 qr şüyüd, 1-2 diş sarımsaq, 8 ədəd albalı və 8 ədəd qarağat yarpağı, 2-3 ədəd palıd yarpağı, 3 ədəd reyhan saplağı, 1 ədəd tərxun saplağı, 1 ədəd qıtığotu (xren) yarpağı, 2 çimdik qırmızı istiot və zövqə görə qara istiout.
Hazırlanması.
Sterilizə edilmiş bankalar xiyarla doldurulur, ədviyyatlar, yarpaqlar və otlar hər tərəfli düzülərək əlavə edilir. Duz suda əridilir. Hazırlanmış duzlu su qaynama həddinə gətirilir, soyudulur və xiyarla dolu bankaya tökülür. Banka polietilen qapaqla bağlanılır. Duzlu xiyarlar otaq temperaturunda 3 gündən 10 günə qədər saxlanılır, sonra banka soyuq yerə yerləşdirilir.
Məsləhətlər.
- Duza qoyarkən doğranılmamış xiyarlardan istifadə edin, nəticədə duzlu daha dadlı və C vitamini ilə zəngin alınar.
- Məhsulları əvvəlcədən düzgün hazırlayın. Duza qoymamışdan əvvəl, xiyarlar bir neçə dəfə şotka ilə soyuq suda yuyulmalı, sonra bir qədər isti suda yuyulmalı və sonra soyuq suda 3-4 saat saxlanılmalıdır.
- Duza qoymamışdan əvvəl xiyarlar ölçüyə görə sortlanmalıdır, belə halda hamısı eyni miqdarda duzlanar.
- Ədviyyat və otların seçiminə məhsuliyyətlə yanaşmalısınız, çünkü duzlunun yaxşı çıxması 50% ədviyyat seçimindən asılıdır.
- Duza qoymamışdan öncə mütləq bankalar təmiz yuyulub sterilizə edilməlidir. Duzlunun uzun müddət qalmasının əsas və birinci səbədi məhz təmiz məhsul, təmiz qab-qacaq və duzluya ilk həftə olan qulluğun olmasıdır.
- Qaynadılmış duzlu suyu bankaya tökməmişdən əvvəl onu mütləq süzgəcdən keçirtmək lazımdır.
- Duzlunun saxlanılması üçün daha yaxşı temperatur -1-dən 4°С qədərdir. Duzlunu 1 ay (20-40 gün) müddətindən sonra istifadə etmək olar.

(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 757
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri