Balıq necə hazırlanır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 061
Səs ver:
(səs: 3)
Pullu balıqların ilk olaraq pulu çıxarılır. Bunun üçün balığı mətbəx taxtasına və ya adi stolun üzərinə qoyub, sol əlinizlə quyruq nahiyəsindən tutub sağ əlinizdə isə bıcaq və ya xüsusi sürtkəclə pullarını təmizləməlisiniz. Pulları möhkəm olan balıqları əvvəlcə 15-30 saniyəlik qaynar suda saxlayıb, sonra isə bıcağın küt tərəfi ilə pullarını təmizləyə bilərsiniz. Balığın pulları təmizlənəndən sonra artıq bütün üzgəcləridə kəsib atmaq olar. Əgər üzgəclər nisbətən yumşaqdılarsa, o zaman onları qayçı ilə də kəsmək olar.
 Pullardan və üzgəclərdən təmizlənmiş balığı artıq yarmaq olar. Balığın sonraki istifadəsindən asılı olaraq, onu qarın hissəsindən, baş hissəsindən və ya bel tərəfindən yarmağa başlayırlar.
Daha çox balığı qarın hissəsindən yarırlar. Qarın hissəsini başından quyruğuna kimi kəsirlər. Sonra həmin dəlikdən ehtiyyatla, ödlüyü zədələmədən, balığın içalatını çıxardırlar. Əgər, birdən, ödlük zədələnərsə, onda tez bir zamanda balığı yumaq lazımdır və ödlük toxunan yerləri duzla sürtmək, yoxsa balığın dadı acı olar. 
İçalat təmizlənəndən sonra, onurğa sümüyünə bitişik olan qaysaq kəsib atılır, böyrəkləri təmizlənir və qarın hissəsindəki qaysağın rəngindən asılı olaraq kəsib atılır.
 Kambala (qalxan balığı) və ya paltus balıqları yarılanda ilk olaraq başları kəsilir sonra isə dəriləri bel tərfindən çıxarılır. 
Pulsuz balıqlarda (misal üçün lota-lota, sum və s.) bəzən hazırlananda dəriləri soyulur. Bunun üçün baş ətrafı üzərə dərisi kəsilir. Sonra isə əllər duza salınıb, dərisi dartılıb soyulur. Bundan sonra qarını yarılır və içalatı təmizlənir.
Əgər balığı doğranmamış şəkildə bişirmək lazım gələrsə, o zaman balıq baş hissəsindən yarılır. Bu halda qarın hissəsi kəsilmir.
Əgər balıqdan rulet və ya farş hazırlamaq lazım gələrsə, o zaman bel hissəsindən doğranılır.
Xırda balıqların hazırlanmasında həmçinin qarın hissəsinə toxunulmur. Başları kəsilib və o dəlikdən içalatları təmizlənir.
Balığın hazırlanmasının növündən asılı olmayaraq, hər bir halda əgər baş hissəsi qalarsa, qəlsəmələr mütləq çıxarılmalıdır. Qəlsəmələri ilə bişirilən balığın dadı acı olur.
Kəsilmiş balıq bir neçə dəfə soyuq su ilə yuyulmalıdır.

(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri