Diş sağlamlığı və bəyazlığı üçün tətbiq olunan müəyyən üsullar var. Həmin
üsullara əsas baxım qaydalarına aid olan işlər, dişin bəyazlamasına
səbəb olan qidalar, bəzi içkilərin istifadəsini azaltmaq, ağardıcı
qulluq müalicəsi, stomatoloq ziyarəti və s. aiddir.
Təməl baxım qaydaları dedikdə, vacib proseduralar gözlənilməklə dişləri
gündə ən az iki dəfə fırçalanması, qida qəbulundan sonra saqqız
çeynənilməsi, diş ipi ilə gündə bir dəfə diş aralarını təmizləmək başa
düşülür. Ağızda bakteriya və ərpin meydana gəlməsinə maneə törədən ağız
qarqarasından da istifadə etmək olar.
Diş fırçası isə üç ayda bir dəfə dəyişdirilməlidir.
Dişlərin daha sağlam və ağ görünməsi üçün gün ərzində diş dostu qidalar
qəbul etmək olar. Həmin qidalara kərəviz, kök, brokoli, alma, çiyələk
də daxildir.
Adları sadalanan diş dostu qidaları dişlərin sağlamlığı və bəyazlığı baxımından yemək paylarına əlavə etmək olar.
Gün ərzində istifadə olunan çayı, qəhvəni, kolanı və s. içkiləri minimuma endirmək lazımdır.
Ağardıcı qulluq müalicəsi evdə bir çay qaşığı hidrogen peroksid və karbonatı qarışdırmaqla aparıla bilər.
Evdə tətbiq olunan üsullardan əlavə gülümsəmədə hər hansı estetik və ya
ortadontik problem varsa stomatoloqa müraciət etmək lazımdır.