Evdəki xoşagəlməz qoxulardan necə yaxa qurtaraq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 416
Səs ver:
(səs: 3)
Qeyd edilən qaydalar sizi evinizdəki xoşagəlməz iylərdən azad edəcək. Həmin qaydaları sizlərə təqdim edirik:

• Evdəki tənbəki iyindən canınızı qurtarmaq üçün otağın müxtəlif yerlərində 2-3 yaş dəsmal qoyun. Onlar qoxunu özlərinə hopdururlar. Sonra isə dəsmalları sadəcə olaraq yuyun.

• Otağın bir neçə yerində içərisində duz olan boşqablar qoysanız, yağlı boyanın iyi yox olar.

• Mətbəxdəki xoşagəlməz iydən yaxa qurtarmaq üçün bir qaba su və sirkə əlavə edib, qapağını qoymadan onu qaynatmaq lazımdır. Bu məqsədlə qızdırılmış tavaya portağal, limonun suyunu da sıxmaq olar.

• Otaqdakı siqaret iyindən qurtulmaq istəyirsinizsə, həmin otaqda 15 dəqiqəliyə bir neçə şam yandırın.

• Soyuducuya çörək və ya soğan qoysanız, xoşagəlməz iy çəkilər.

• Balığı qızardarkən mətbəxdən pis qoxu gəlməsin deyə, tavanın içinə çiy kartof qoyun.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri