Bəzi geyimlər ağlagəlməz xəstəliklərə yoluxdurur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 975
Səs ver:
(səs: 4)
"Gözəllik ondur, doqquzu dondur” deyimi nə qədər aktual olsa da geyim alarkan bizi daha çox qiymət və estetik görünüş maraqlandırır.

Elə problem də bundadır. Çünki, keyfiyyət arxa plana keçdiyi üçün, bəzi geyimləri geyinməklə özümüzü ağılagəlməz xəstəliklərə yoluxdururuq.
Şəhər sakini Coşqun Yaqubov: "Geyim alanda əsasən onun yaraşığına fikir verirəm, qiymətinə də hərdən bir".
Şəhər sakini Mais Quluzadə: "Əsasən görünüşünə fikir verirəm, qiymətdə bir az vacib məsələdir".
Şəhər sakini Aqşin Qurbanov: "Mən birinci növbədə görünüşünə baxıram, əynimə qəşəng otursun, ikinci isə qiymətidi".
Sorğular da göstərir ki, insanlar geyim alarkən əvəlcə görünüş, qiymət, sonda isə keyfiyyətlə maraqlanırlar. Amma, əslində bu sıralama əksinə olmalıdır. Çünki, araşdırmalar göstərir ki, parçalarda mindən zox kimyəvi maddə var. Bu maddələrin təsiri insanlarda dəri xəstəliklərinin, eləcə də allergiyaların yaranması riskini artırır. Hətta paltarların yuyulması belə, insanları həmin maddələrin zərərli təsirlərindən qorumur. Ucuz qiymətə satılan bu geyimlərin çox vaxt mənşəyi də məlum olmur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Birmənalı olaraq Hindistan, Pakistandan gətirilən paltarlarda bu problem var . Ən ciddi məsələlərdən biri də ki, ikinci əl paltarlarıdır, yəni istifadə edilmiş paltarlardır. Bunlar Mərkəzi Asiya, Avropa ölkələrindən gətirilir".
Ekspertlər bildirir ki, geyim alarkən mütləq məhsulun uyğunluq sertifikatı tələb edilməlidir. İlk yuyulmada rəngi çıxan paltarın istifadəsi ümumiyyətlə məsləhət görülmür.
Həkim-dermatoloq Leyla Mirzoyeva: "Keyfiyyətsiz boyanın tərkibindəki maddələr boyadan bizim dərimizə toksik təsir göstərir. Bunlarla təmas zamanı qızartı, qaşınma, qabıqlama olur. Əvvəlcə bu bilinmir. Onunla birinci dəfə təmasdan 24 saat sonra reaksiya sulanır və bu artıq travmadır".
 Lakin,belə paltarların xərçəng xəstəliyi yaratması kimi iddialar hələ ki, sübuta yetirilməyib.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 1 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri