Baş ağrısından dərmansız qurtulun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 843
Səs ver:
(səs: 3)
Dərman istifadə etmədən baş ağrısını sakitləşdirmək mümkündür. Necə?
Gərginliklə bağlı yaşanan baş ağrıları zamanı dincəlmək, səssizlik və stressdən uzaq durmaq effektlidir. Bəzi araşdırmalara görə, bitki çayı içmək də baş ağrılarını azaldır.
 
Zəncəfilli çay
 
1 parça zəncəfil
1-2 dilim limon
1 ədəd çubuq darçın
 
Hazırlanması:
2 stəkan suyun içinə zəncəfil və çubuq darçını əlavə edin Su qaynadıqdan sonra altını keçirin və 5 dəqiqə dəmlənməsini gözləyin. Təzə sıxılmış limon əlavə edərək için.
 
Limonlu yaşıl çay
 
2 çay qaşığı yaşıl çay
Bir çimdik təzə nanə
1-2 dilim limon
 
Hazırlanması:
1 stəkan qaynamış suyun içinə yaşıl çay, təzə nanə və limon dilimlərini əlavə edib dəmləyin. 5 dəqiqə sonra isti halda için.
 
Bədəni rahatladan çobanyastığı çayı
 
2 yemək qaşığı quru çobanyastığı
2 yemək qaşığı cökə
1 ədəd çubuq darçın
 
Hazırlanması:
Bütün bunları qarışdırıb qaynamış suyun içinə qoyun, 5 dəqiqə dəmləyib için.
 
Hamısı bir arada çay
 
1 yemək qaşığı yaşıl çay
1 yemək qaşığı çobanyastığı çayı
Bir parça zəncəfil
1 ədəd çubuq darçın
 
Hazırlanması:
Bütün bunları qarışdırıb 5 dəqiqə dəmləndikdən sonra için.
 
Yaşıl çay
Tərkibindəki antioksidantlar sayəsində baş ağrısını rahatladır. Həm də həzmi tənzimləyir, arıqlamağa yardımçı olur. Xərçəngdən də qoruyur.
 
Çobanyastığı çayı
Xüsusən miqren tutmalarında ağrını azaldır. Allergiya azaldıcı təsiri ilə bədəni xəstələnməkdən qoruyur, dincəldir və rahatladır.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri