Xroniki yorğunluq bir sindromdur. Xüsusilə təhsilli, gəlir səviyyəsi yüksək və çalışan seqmentdəki ağ irqdə daha sıx görülür.
Xroniki
yorğunluq sindromu, çox məşhur bir sağlamlıq problemi olmasa da bir çox
adama təsir edir. Xəstəlik,təxminən yüzdə 70 nisbətində qadınları və
xüsusilə də 30-50 yaş qrupunu təsiri altına alır. Xəstəlik, hələ çox
yaxşı tanınmayan, bu səbəblə də çox zaman diaqnozu qoyula və gözdən
qaçan bir problemdir. Bununla birlikdə Avropa ölkələrində və Amerikada
xroniki yorğunluq sindromu, uzun müddətdir ki, geniş yayılmışdır.
Xroniki
yorğunluq sindromu səbəbi və başlanğıc tarixi tam olaraq bilinməyən
ancaq çox da uzun və davamlı olmayan bir yorğunluğun ən az 6 ay və ya
daha uzun bir müddət davam etməsiylə ortaya çıxan bir vəziyyət olaraq
təyin olunur. Xroniki yorğunluq sindromu diaqnozu qoymaq üçün tibbi
hekayə,fiziki müayinə, ruhi vəziyyətin və laboratoriya tapıntılarının
qiymətləndirilməsi lazımdır.
Xəstəliyin diaqnozu:
Xroniki
yorğunluq sindromu diaqnozu üçün aşağıdakı iki meyarın olması lazımdır:
klinika olaraq qiymətləndirilmiş, naməlum davamlı və ya təkrarlayan
yorğunluğun yeni və ya bilinən bir zamanda başlaması, davam edən bir
hərəkətlilik nəticəsində olmaması, əsas olaraq dincəldikdə
yüngülləşməməsi və mövcud iş, təhsil, ictimai və xüsusi həyat
fəaliyyətlərində diqqətə çarpan azalmaya gətirib çıxarması, xroniki
yorğunluq sindromunun olma ehtimalı düşünülməlidir.
Eyni
zamanda aşağıdakı simptomlardan 4 və ya daha çoxunun olması və bunların
ardıcıl 6 ay və ya daha uzun müddət ərzində davam etməsi və
yorğunluqdan daha əvvəl başlamaması lazımdır.
1. Qısa müddət ərzində yaddaşda və ya konsentrasiyada əhəmiyyətli pozulma
2. Boğaz ağrısı
3. Limfa vəzilərində həssaslıq
4. Əzələ ağrısı
5. Müxtəlif oynaqlarda qızartı və ya şişlik olmadan ağrı olması
6. Yeni yaranan, şəkil dəyişdirən və ya ciddiləşən baş ağrısı
7. Səhər oyanan zaman özünə gələ bilməmə (yuxulu olma halının davam etməsi)
8. Edilən bir iş sonrası 24 saatdan daha çox müddətdə keçən qırıqlıq
Bu
əsas simptomlar yanında qarın ağrısı, sinə ağrısı, sərsəmlik, xroniki
öskürək, ağız və göz quruluğu, qulaq ağrısı, çənə ağrısı, səhər
qatılığı, ürək bulanma, gecə tərləməsi, psixoloji problemlər
(depressiya, əsəbilik, panik atak), nəfəs darlığı, dəri həssaslığı və
kilo itkisi kimi simptomların mövcudluğu da ifadə edilir. Xroniki
yorğunluq sindromunun mümkün səbəbləri 5 başlıq altında toplanır:
1. İnfeksion agentlər (xüsusilə bəzi viruslar)
2. İmmunoloji səbəblər (immunitet sistemiylə əlaqədar)
3. Hormonal səbəblər
4. Stress, sinir sistemi pozulmaları
5. Qidalanma pozğunluğu
Stress
həyatın bir parçasıdır. Ancaq idarə edilə bilməyən stress başqa
xəstəliklərin yanında xroniki yorğunluq sindromunun da ən əhəmiyyətli
səbəbi olaraq görülür.
Xroniki
yorğunluq sindromu diaqnozunu təyin edəcək xüsusi bir test yoxdur.
Yorğunluq səbəbi ola biləcək digər klinika vəziyyətlər xaricləndikdən
sonra diaqnoz qoyulur. Xüsusilə depressiya ilə xroniki yorğunluq
sindromunun qarşılaşdırılmaması lazımdır. Bununla birlikdə xəstələrdə
zamanla ruhi pozğunluqlar və xüsusilə depressiya meydana gələ bilər.
Ancaq bu depresiya olan hər kəsdə xroniki yorğunluq sindromu var
mənasını verməz.
Həyat keyfiyyətini necə təsir edir?
Xroniki
yorğunluq sindromu həyat keyfiyyətinə mənfi istiqamətdə təsir edir. Bu
sindromun təsiri altında qalan insanlar, ciddi bir əmək itkisinə
uğrayır. Belə ki, bu itkin yüzdə 50-ə qədər çata bilir, hətta şəxs
aylarla çalışa bilməyəcək nöqtəyə belə gələ bilir. Bunun yanında, şəxs
yuxu problemləriylə qarşılaşdığı üçün gün ərzində diqqətini yığmaqda
çətinlik çəkə, unutqan ola bilər və aqressiv hərəkətlər göstərə bilər.
Əvvəlcə
stresi idarə etməyi bacarmalıyıq. Hər kəsin bir stress norması vardır
və bu normanı aşmamaq lazımdır. Nizamlı həyat tərzi, yüngül fiziki
məşqlər, sağlam qidalanmaq və ideal kilonu qorumaq da xroniki yorğunluq
sindromu və bənzəri narahatlıqlardan qorunmaq üçün tətbiq olunması lazım
olan təməl qaydalardır. Ayrıca yuxu ritminə diqqət etmək lazımdır.
Rahat bir yuxu üçün yatağa girmədən əvvəl gündəlik bütün stress
səbəblərinizi ağılınızdan uzaqlaşdırmaq, xoşunuza gələn mövzuları
düşünmək və ya xoşlandığınız bir filmi seyr etmək nizamlı bir yuxunu
təmin edə bilər. Spirt və siqareti azaltmaq da yorğunluqdan qurtulmada
ən əhəmiyyətli faktorlardan biridir. Mümkünsə iş sıxlığını azaltmaq,
məsuliyyətləri paylaşmaq və ya qısa müddətli iş mühitindən uzaqlaşmaq
faydalı ola bilər. Yoga və meditasiyanın da faydalı olduğu ifadə edilir.
Ayrıca mütləq həkim idarəsində olmaq şərti ilə müəyyən müddət üçün
vitamin və mineral müalicəsi məsləhətdir.
Müalicədə nəyə diqqət etməli?
Diaqnozun
qoyulması və müalicənin planlaşdırılması multidisipliner bir yanaşma
şərti mütləq olaraq qeyd edilir.Yəni, müalicədən müvəffəqiyyətli nəticə
alına bilməsi üçün psixiatr,psixoloq,fizyoterapevt, dietoloq,nevroloq və
endokrinoloqun ortaq çalışması lazımdır.Diaqnoz qoyulduğunda həkimlər
xəstəni etməsi lazım olan məşqlər,iş tempi,qidalanma
vərdişləri,stressdən təmizlənmə üsulları, şikayətlənmələri artıran və
azaldan faktorlar mövzusunda məlumatlandırır.Ardından şikayətə
istiqamətli müalicə yoluna gedilir.