Sümüklərin möhkəm olması üçün bu qaydalara riayət edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 103
Səs ver:
(səs: 1)
Sümüklərin inkişafında kalsium, D vitamini, protein kimi qida maddələrindən başqa, insanın həyat tərzi də mühüm əhəmiyyət kəsb edir. 

Türkiyəli həkim Hilal Ulduz sümük sağlamlığını qorumağın qaydaları haqqında açıqlama verib. 

Həftədə 3 gün mütəmadi olaraq yürüş edin və fitneslə məşğul olun. Bu, əzələ və skelet sisteminin uzun müddət sağlam işləməsi üçün əsas şərtdir. 

Normadan artıq kökəlməyin. Çəki hər məsələdə problem yaratdığı kimi skelet sisteminə də zərər verir. Hər artan çəki ilə oynaqlara yük düşdüyünü unutmayın. Bilin ki, çəkiniz nə qədər az olsa, oynaqlar o qədər yaxşı işləyər. 

Siqaret çəkməyin. Siqaret qan dövranını pozduğu üçün xüsusilə, qığırdaqların qidalanmasını məhdudlaşdırır. 

Ayaq sağlamlığınıza diqqət edin və keyfiyyətli ayaqqabılar geyinin. 

Bədəni ehtiyacı olduğu D vitamini ilə təmin etmək üçün günəşdən hər gün kifayət qədər bəhrələnin. Hər gün 15 dəqiqə günəş vannası qəbul edin. 

Kifayət qədər C vitamini qəbul edin. D və C vitamini sümük və oynaqların uzunömürlü olması üçün lazımlı vitamindir. Xüsusilə, D vitamini çatışmayanada sümüklər dözümsüz olur. 

Əzələ və sümük sağlamlığı üçün süd məhsulları mütləq lazımdır. Odur ki, kifayət qədər qatıq və pendir yeyin. Unutmayın, kalsium anbarını nə qədər doldursaq, qocalıqda bizə bir o qədər xeyri dəyər. 

45 yaşından sonra ağır idman növlərindən çəkinin. Oynaqlarda çıxıqlar, adətən, 50 yaşdan sonra meydana gəlir. Ona görə də müəyyən yaşdan sonra bədəni ağır idman növləri ilə yormayın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri