Dəri gödəkçələrinizi belə təmizləyin

Müəllif: ulduz
Şərhlər: 4
Baxılıb: 2 889
Səs ver:
(səs: 1)
Qışın sevimli geyimlərindən olan dəri gödəkçələr kirlənəndə "Necə təmizləyək?”, - deyib oturmayın.

Bir miqdar təmiz suya təzə süngəri batırıb yaxşıca sıxın və gödəkçəni silin. Quru parça ilə nəmini aldıqdan sonra taxta, ya plastik asılqana asın. Dəmir asılqan çiyinlərində iz buraxar. Nəmli qalmaması üçün pəncərə, ya qapı ağzına asın.

Təmiz gödəkçəyə vazelin, ya da zeytun yağı ilə baxım edə bilərsiniz. Bir miqdar vazelin, ya da zeytun yağını bütün gödəkçəyə bir parça pambıqla masaj edər kimi yedirib, taxta, ya plastik asılqana taxıb pəncərə, qapı ağzına asın. Bir gecə belə saxlayın.

Ləkələnmiş dəri gödəkçə necə təmizlənir?
Şkafda rütubətlənibsə, təmiz su və süngərlə silməniz bəs edər. Çay, qəhvə damcılayıbsa, quru bir parça ilə silə bilərsiniz. Ancaq boya kimi ağır ləkələr düşübsə, quru təmizləməyə verin.

İçliyi parça olan dəri gödəkçələri təmizləmək üçün bir qabı su ilə doldurun. Ağ hamam sabunu, ya da ərəb sabunu ilə suyu köpüklədin. Gödəkçəni suyun içinə salın, yuyun və durulayın. Quru dəsmalla dəri qismini qurulayın və asılqana asaraq qurumağa qoyun. Parça hissəsindən damcılaya biləcək su üçün altına bir qab, ya da quru parça qoyun. Tez quruması üçün radiator yanına qoymayın. Saç qurutma aləti ilə tez qurutmağa çalışmayın.

Qeyd: Ən həssas dərəcədə belə, dəri geyim paltaryuyan maşında yuyulmamalıdır. Bu, ancaq onu qırışdıra bilər. Üzərindəki ləkələr dəri ayaqqabı boyası ilə boyanmaz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri