Buzun bilmədiyimiz inanılmaz faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 806
Səs ver:
(səs: 1)
Yayın ən əsas sərinlədici vasitələrindən olan buzun dəri üçün faydalı xüsusiyyətləri də olduqca çoxdur. 

Belə ki, buzdan dərinizi gözəlləşdirmək üçün də istifadə edə bilərsiniz. Beləliklə, buzun bilinməyən bir çox faydaları... 

Makiyajdan əvvəl üzünüzə sürtün
Makiyajdan əvvəl dərini makiyaja hazırlamaq çox önəmlidir. Makiyajdan əvvəl üzünüzə biraz buz sürtün, belə olduğu təqdirdə makiyajınız daha uzun müddət qalacaqdır. 

Dərini sıxlaşdırır
Buz məsamələri büzüşdürür və qırışıqlıqları gərərək üzünüzə daha canlı bir görünüş qazandırır. Eyni zamanda qan dövranını nizamlayır və civzə əmələ gəlməsinin qarşısının 
alınmasına yardımçı olur. 

Şişmiş gözləri rahatladır
Əgər gözləriniz şişibsə, buz qəlibinin içinə yaşıl çay tökün və dondurun. Sonra bu yaşıl çay buzlarını yüngülcə gözlərinizin altına sürtün. 

Qırmızı ləkələri azaldır
Yeni bir civzə çıxdığını görmüsünüzsə, qırmızı olan hissəyə buz sürtün. Bu, eyni zamanda civzə izlərini də azaldır. 

Qaşlarınızı almadan öncə keyləşdirir
Buzu qaşlarınızın aldığınız qisimlərinə sürtün və biraz gözləyin. Yüngül bir keyləşmə başladığı zaman qaşlarınızı almanız daha ağrısız olacaqdır. 

Günəş yanıqlarını rahatladır
Günəş yanığı ağrısını yüngülləşdirmək üçün biraz su və biraz aloe vera gelini buz qəlibinə qoyun və dondurun. Sonra buz kublarını bədəninizə sürtün. Bədəninizin nə qədər rahatladığını görəcəksiniz. 

Dərinizə sağlam parlaqlıq verir
İçinə biraz su əlavə etdiyiniz portağal suyunu buz qəlibinə qoyun və dondurun. Buz qəliblərini üzünüzə 1 dəqiqə ərzində sürtün. Bu qarışım həm üzünüzü təmizləyəcək, həm də dərinizə sağlam bir işıltı – parlaqlıq verəcək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri