Orqanizmdə D vitamini çatışmayanda nə baş verir?

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 7 463
Səs ver:
(səs: 4)
D vitamini immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur. Bədəndəki bütün hüceyrələr üçün faydalı olan D vitaminini qəbul etməyin ən asan yolu günəş altında dayanmaqdır. Türkiyəli travmatoloq Yavuz Yalçın D vitamini çatışmazlığı zamanı gərəkli olan tədbirlər haqqında məlumat verib.
Həkim bildirir ki, sümük və əzələlərin sağlamlığı üçün lazım olan D vitamini immunitet sistemini də gücləndirir. Bunlarla yanaşı, hipertoniya, ürək xəstəlikləri və bəzi xərçəng xəstəliklərindən müdafiə edir.

O, hamiləlik dövründə ana namizədi ilə birlikdə körpənin də sağlamlığı üçün D vitaminin vacib olduğunu vurğulayıb:

"Hamilə qadınlarda D vitamini az olarsa, sümük əriməsi müşahidə olunur. Hamiləlik zamanı D vitamini çatışmazlığı kalsiumun azalmasına da səbəb olur. Dolayısı ilə yetərsiz çəki amili, halsızlıq, yorğunluq, əzələ və sümük ağrıları kimi şikayətlərin yaranmasına yol açır. Bu hallarda həkimlər hamilə qadınlara D vitamini qəbul etməyi tövsiyə edir. D vitamini qəbulunu süd dövrünün 6-ci ayına qədər davam etdirmək vacibdir. Həkimin sözlərinə görə, D vitamininin səviyyəsi aşağı olan hamilə qadınlarda doğuş çox vaxt qeysəriyyə yolu ilə həyata keçir.

Ana bətnindəki körpə kalsium ehtiyacını anadan alır. D vitamini çatışmazlığı zamanı körpə zəif doğulur. Bunlarla bərabər, uşağın əzələlərində zəiflik, gec diş çıxarma halları müşahidə olunur. Hamiləlikdə D vitamini çatışmazlığının yeni doğulan körpə üzərindəki təsirləri hətta qalıcı ola bilər. Bu təsirlər doğumdan sonra veriləcək D vitamini dəstəyilə tam olaraq sağalmaya bilər. Bu, uşağın immunitet sisteminin zəif olmasına gətirib çıxarır.

D vitaminini günəş vasitəsilə qəbul etmək həm asan, həm də ucuz başa gəlir. Günəşli bir gündə ən az 15-20 dəqiqə qədər gəzmək belə gündəlik D vitamini çatışmazlığını aradan qaldırmaq üçün kifayətdir. Lazımi günəş işığı miqdarı insanın yaşı, dəri rəngi və ya qaralma müddətinə görə dəyişir. Dəri rəngi tünd olan insanlar yetərli qədər D vitamini qəbul etmək üçün, xüsusən qış aylarında uzun müddət gün işığında gəzməlidir.

Günəşin az olduğu qış aylarında D vitamini çatışmazlığı yaşamamaq üçün qidalanma rejiminə diqqət göstərilməlidir. Yağ baxımından zəngin olan alabalıq, sardana, skumbriya və ton balığı istehlak edilməli, habelə süd, süd məhsulları və yumurtanın da qidalanma rejiminə əlavə olunması lazımdır. Bitkilərdən cəfəri, gicitkən və yoncada D vitamini bol olur.

Unutmayın ki, D vitamini ehtiyacının 20 faizini qidalar ödəyir. Qış aylarında mümkün qədər günəş vannası qəbul etmək, yetərsiz olduğu hallarda həkim nəzarəti ilə qəbul etmək lazımdır.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 7 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri