Dişlərin vaxtından əvvəl tökülməsinin 7 səbəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 373
Səs ver:
(səs: 1)
Dişlər həssas olur. Hətta dünya miqyasında diş çürüyü və diş əti xəstəlikləri soyuqdəymədən sonra ən çox rastgəlinən xəstəliklər sırasında 2-ci yerdə dayanır. 

Dişlərin və diş ətinin möhkəm olması orqanizmin sağlamlığı üçün əhəmiyyətlidir. Bəs, dişlərin tez zərər görməsinin və çürüməsinin səbəbləri nədir? 

Stomatoloq və protez mütəxəssisi Əmrə Orhonun dişlərin vaxtından əvvəl tökülməsi səbəbləri ilə bağlı fikirlərini təqdim edir: 

Sərt cismlərin dişlərə təsiri
Dişlərlə butulka qapağı açmaq, ip kəsmək, mismar çıxartmaq, paketin ağzını açmaq, qoz-fındıq qırmaq, buz dişləmək və.s dişlərə ciddi zərər verir. Dişlərin fiziki təsirə məruz qalması mina təbəqəsini zədələyir, çatlara, ciddi sınıqlara, hətta diş tökülməsinə yol açır. 

Şirniyyatlar
Həddindən artıq şirniyyat yemək, hazır qidalarla qidalanmaq ağız içindəki turşu səviyyəsini artıraraq çürüklərin əmələ gəlməsinə səbəb olur. Şəkərli qidalar diş üzərinə asanlıqla yapışır və çox çətin təmizlənir. Bunların əvəzinə lifli, şəkər səviyyəsi aşağı olan, çiy və ya az bişmiş tərəvəz və meyvələrə üstünlük vermək lazımdır. Həmçinin, şirniyyat və yağlı qidalar yedikdən sonra dişlər mütləq təmizlənməlidir. 

Qazlı içkilər
Qazlı içkilər mina təbəqəsini yumşaldır və tərkibindəki çox miqdarda şəkər ağız içində çürük formalaşması üçün əlverişli şərait yaradır. Bu səbəbdən qazlı içkilər əvəzinə limonlu su, meyvə suları və ya ayran kimi təbii içkilərə üstünlük verməyi tövsiyə edirəm. 

Çay və qəhvə
Çox çay və ya qəhvə istehlak etmək diş səthinə ləkə saldığı üçün tövsiyə olunmur. Qaralmış diş səthini təmizləmək üçün sərt təmizləyici və diş ağardıcı məhsullardan istifadə etmək lazım gəlir. Belə kimyəvi maddələr dişlərə ikiqat artıq zərər verir. 

Siqaret
Siqaret tüstüsü ağıziçi toxumalara təsir edərək onların qalınlaşmasına və bunun nəticəsində də diş əti xəstəliklərinin gizli qalmasına yol açır. Normalda xəstənin ağıziçində görülən şiş, qızartı və qanaxmalar siqaret istifadə edənlərdə bilinmir. Diş əti toxumalarının qan dövranı da pozulduğu üçün yaralar çox gec sağalır. 

Dişləri qıcamaq
Cəmiyyətdə olduqca tez-tez rast gəlinən \"parafunksion\", yəni "funksiyadan kənar hərəkət” adlandırılan bu vəziyyət dişlərin əyilməsinə, çənə oynağında və çeynəmə əzələlərində problemlərə səbəb olur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri