D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirir

Müəllif: Qlamurr
Şərhlər: 4
Baxılıb: 3 694
Səs ver:
(səs: 1)
Məlumata görə bəzi tədqiqatlar, D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edir.
Dietoloqların sözlərinə görə, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır.

Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir.
Orqanizmdə kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.

D vitamini çatışmazlığı isǝ epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri və təzyiq və s. bu kimi xəstəliklərə dǝ səbəb olur.

İnsan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir.
D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz.
Mütəxəssislərin fikrincə, D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur.
Hesablamalara görə, günorta saatlarında yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.

Məlumatda oda bildirilir ki, mütǝxǝssis Şeyda Sıla Bilgili D vitamini - həm qidalanma, həm də günəş işığının köməyi ilə qəbul edilə bildiyini, müxtǝlf balıq növlǝrindǝ, pendir, süd, kərə yağı və yumurtanın sarısında D vitamini olduğunu bildirib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri