D vitaminin orqanizmdə əvəzsiz rolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 292
Səs ver:
(səs: 1)
D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir. 

D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. Kalsium bizim sümüklərimizin əsas \"tikinti materialıdır\". Beləliklə, D vitamini sümüklərimizi möhkər edir. Bu vitaminin çatışmazlığı isə sümüklərin daha kövrək və zəif olmasına səbəb olur. Uşaqlarda D vitaminin çatışmazlığı raxit kimi ciddi pozulmaya səbəb olur. Raxit uşaqlarda ayaqların və çanaq sümüklərinin, döş qəfəsinin əyilməsinə, fiziki inkişafın ləngiməsinə səbəb olur. 

Gün şüalarının kifayət qədər gəbulu D vitaminin ehtiyacını ödəyir. Lakin burada bəzi incəlikləri nəzərə almaq lazımdır: 

- gün şüalarının təsiri səhər və axşam saatlarında daha effektlidir 

- dərisi tünd olan insanlarda ağ dərili insanlarla müqayisədə D vitamini daha az miqdarda sintez olunur, 

- qoca insanların dərisində D vitaminin sintezi xeyli azalır. Bu səbəbdən onların sümükləri kövrək olur, onlarda osteoporoz (sümük toxumasının azalması ilə bağlı olan patoloji prosess) inkişaf edir. Osteoporoz isə yaşlı insanlarda sınıqlara səbəb olur. 

- pis ekoloji şərait D vitaminin sintezinə mane olur. 

Bəzi qida məhsulları D vitaminin əlavə mənbələridir. Bu məhsulların arasında: süd və süd məhsulları, balıq, balıq yağı, qara ciyər, yumurta sarısı. Lakin bu məhsulların qəbulu D vitaminin ehtiyacını tam ödəmir. Gün şüaları burada əsas rol oynayır. 

Uşaqlar və yaşlı insanlar D vitamini və kalsiumu əlavə almalıdır. Bu onların sümüklərinin sağlamlığı üçün çox vacibdir. 

Lakin D vitaminin orqanizmdə rolu yalnız sümüklərin qorunması ilə məhdudlaşdırılmır. Bu vitamin bir çox proseslərdə iştirak edir. Bu unikal vitamin orqanizmə həm vitamin, həm də hormon kimi təsir edir. 

- D vitamini ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı üçün olduqca vacibdir. 

- D vitamini qanın normal laxtalanması üçün vacibdir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir. 

- D vitamini immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir. 

- Tibbi araşdırmalar nəticəsində məlum oldu ki, vitamin D çox ağır autoimmun xəstəliyi olan yayılmış skleroz zamanı yaxşı kömək edir. Həmçinin D vitamini yayılmış sklerozun profilaktik 
vasitəsi sayılır. 

- Belə hesab olunur ki, D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir. 

- D vitamini qadınların və kişilərin cinsiyyət funksiyasına təsir edir. Belə ki, vitamin D kişilərin əsas cinsi hormonu olan testosteronun sintezini stimullaşdırır. 

- D vitamini sinirlərin və əzələlərin normal fəaliyyəti üçün çox vacibdir. 

- Bu vitamin qanda şəkərin səviyyəsinə təsir edir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 292
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri