Dişləri ağartmaq heç bu qədər asan olmamışdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 837
Səs ver:
(səs: 1)
Dişlərinizi sarıköklə ağarda biləcəyiniz ağlınıza gələrdi? 

Qəribədir ki, sarıkök paltara, dəriyə töküldükdə sarı ləkə salsa da, ondan diş ağartmaq üçün istifadə edirlər. Sarıkök dişləri ağartmaqla yanaşı, ağrını kəsir və diş əti iltihablarının qarşısını alır. 

Bəs ondan necə istifadə etmək lazımdır? 

4 xörək qaşığı sarıkökü bir qaba tökün. 2 çay qaşığı sodanı və 3 xörək qaşığı kokos yağını əlavə edib qarışdırın. Həmin qarışığı 2-3 dəfə istifadə edə bilərsiniz. Hətta şüşə bir qabda 1 həftə mühafizə də etmək olar. 

Diş fırçasının üzərinə 1 çay qaşığı töküb dişlərinizi 1-2 dəqiqə fırçalayın. Daha sonra su ilə ağzınızı yaxşıca yaxalayın. 

Həftədə 2-3 dəfə bu prosesi təkrarlayın. 

Hazırladığınız bu təbii diş məcununun tərkibindəki sarıkök dişləri ağardacaq və diş ağrılarının qarşısını alacaq. Soda dişdəki ləkələri təmizləyəcək. Kokos yağı isə ağız boşluğundakı bakteriyaları öldürəcək və ağız qoxusunun qarşısını alacaq.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 837
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri