Yayda orqanizmi təmizləyin! Ən yaxşı üsullar

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 157
Səs ver:
(səs: 2)
Yay orqanizmin ziyanlı maddələrdən təmizlənməsi və sağlamlığın bərpası üçün ən yaxşı vaxtdır.

Sizə orqanizmi təmizləmək üçün ən effektli və sınanmış üsulları təqdim edirik.

Meyvə və tərəvəzlər və onların şirələri
Həftədə 2 dəfə yalnız meyvə və tərəvəzləri yeyin (məhdudiyyət yoxdur) və onların şirələrini için.Tərəvəzləri salatlar, bişmiş, pürtlənmiş şəkildə yeyin (yağsız).Gün ərzində 2-3 stəkan təzə meyvə və tərəvəz şirələri qəbul edin. Ən faydalı şirələr arasında - kök və çuğundur şirələrinin qarışığı (1:1), alma, xiyar, albalı, qavalı, ərik və s. şirələr.

Qarpız
Həftədə 1 dəfə qarpız pəhrizi tətbiq edin. Gün ərzində yalnız təxminən 3 kq qarpız əti yeyin. Su və otlardan hazırlanmış çayları (itburnu, çobanyastığı, kəklikotu, reyhan, nanə və s.) içə bilərsiniz.

Kefir və alma
Həftədə 1 dəfə alma-kefir pəhrizi tətbiq edin. Gün ərzində 2 l təbii kefir və 2 kq alma yeyin.Su və ot çayları içmək olar.
Bu üsulların tətbiqindən bir müddət sonra siz yüngüllük, gümrahlıq, əhval-ruhiyyənin yaxşılaşmasını hiss edəcəksiniz, dəriniz təmizlənəcək, artıq çəkiniz isə azalacaq.

Nəzərə almaq lazımdır ki, bu üsullardan yalnız sağlam insanlar istifadə edə bilər. Sizdə hər hansı ciddi xroniki xəstəlik varsa (xüsusilə mədə-bağırsaq, böyrək və s. ), mütləq həkimlə məsləhətləşin.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri