Nanə yağının müalicəvi xüsusiyyətləri

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 3 189
Səs ver:
(səs: 2)
Nanə və nanə yağı qədim zamanlardan müalicə üçün istifadə olunur. Dahi Hippokrat, Parasels və Avisenna öz elmi əsərlərində nanənin müalicəvi xüsusiyyətlərini təsvir etmişlər.

Müasir tibdə də nanə yağının müalicəvi xüsusiyyətləri çox geniş istifadə olunur. Nanə yağı "validol", "valokordin", "korvalol" kimi tanınmış preparatların tərkibinə daxildir.

Nanə yağının müalicəvi xüsusiyyətləri arasında:

- Baş ağrılarını müalicə edir. Nanə yağının bir neçə damcısını alnınıza və gicgahlara sürtün və uzanın. Baş ağrısı tez bir zamanda azalacaq.

- Nanə yağının qoxusu sinir sistemini sakitləşdirir, qorxular, stress, sinir gərginliyi zamanı yaxşı kömək edir. Stress zamanı nanə yağı əlavə olunmuş vannaları qəbul edin. 6 damçı nanə yağı 1/2 stəkan süddə qarışdırılır və ilıq vannaya əlavə olunur. Bu vannaları 10 gün ərzində hər axşam qəbul edin.

- Nanə yağı ürək-damar sisteminə çox müsbət təsir edir - damarları genişləndirir, ürək ritmini tənzimləyir. Ürək xəstəlikləri zamanı 1 damcı nanə yağı əlavə olunmuş çay çox yaxşı müalicəvi təsir edir.

- Nanə yağı mədə-bağırsaq sistemi üçün də çox faydalıdır - spazmları və ağrıları azaldır. Nanə yağının qoxusu ürəkbulanmanı azaldır.

- Öskürək, bronxit, zökəm zamanı nanə yağı ilə inhalyasiyalar çox yaxşı təsir edir - mikrobları öldürür, nəfəs yollarını genişləndirir, selikdən təmizləyir. İsti suya (qaynar olmamalıdır) 3-4 damcı nanə yağı əlavə edin və bu suyun buxarından nəfəs alın.

- Əzələ və oynaq ağrıları zamanı nanə yağı ilə massaj edin. 1 x.q. istənilən bitki yağına (qarğıdalı, zeytun və s.) 6 damcı nanə yağı əlavə olunur, qarışdırılır və massaj üçün istifadə olunur. Belə massaj ağrıları azaldır.

- Diş ağrısı zamanı pambığa bir neçə damcı nanə yağı tökün və ağrıyan dişin üzərinə qoyub saxlayın.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri