Göyəm - gözlər və damarlar üçün faydalı meyvə

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 3 322
Səs ver:
(səs: 2)
Göyəm çox dadlı və faydalı meyvədir, onun bir çox müalicəvi xüsusiyyətləri var.

Göyəmin meyvələri, yarpaqları, ağacının qabığı, kökü xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Göyəm müxtəlif faydalı maddələrlə zəngindir. Onun tərkibində orqanik turşular, pektinlər, büzücü maddələr, fitonsidlər, efir yağları, flavonoidlər, vitaminlər (xüsusilə P, C, B qrupu), minerallar (xüsusilə kalium) var.

Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir.

5 x.q. gül və (və ya) yarpaq termosda 1 l qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.

Göyəmin meyvələri damarları möhkəmləndirir, onların elastikliyini artırır.

Fitonsidlərlə zəngin olan göyəm mikrob əleyhinə təsirə malikdir.

Göyəm və göyəm kompotu diareya (ishal) zamanı çox yaxşı kömək edir, bağırsaqları "yığır", bağırsaqlara antiseptik təsir edir.

Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır.

Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.

Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq göyəm qastrit və xora xəstəliklərindən əziyyət çəkən insanlar üçün ziyanlıdır. Bundan əlavə göyəm allergik reaksiyalara səbəb ola bilər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri