Ürəyi, qaraciyəri və immun sistemini möhkəmləndirən dəmləmə

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2171
Səs ver:
(səs: 1)
Kasnı bitkisi xalq təbabətində çox geniş istifadə olunur. Kasnı (rus dilində "sikoriy") immun sistemini möhkəmləndirir, yüngül sidik və öd qovucu təsir edir, ürəyin və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır.

Müalicə məqsədi ilə adətən kasnı bitkisinin kökü istifadə olunur.

Kasnı kökü dəmləməsinin qəhvəyə oxşayan xoş dadı və ətri var. Əvvəllər kasnı kökü qəhvə əvəzedicisi kimi tez-tez istifadə olunurdu.

Kasnı Azərbaycanın hər yerində bitir. Bitkini özünüz yığıb sağlamlıq üçün istifadə edə bilərsiniz.

Rusiyalı kardioloq Sergey Tereşenko məqalələrinin birində kasnı kökü əsasında hazırlanmış ürək, qaraciyər və immunitet üçün faydalı olan dəmləmənin reseptini təqdim edib.

1 ç.q. kasnı kökü 1 stəkan qaynar suda dəmlənilir. Dəmləmə ilıq olanda süzülür, ona 1 ç.q. bal və 1 ç.q. limon şirəsi əlavə olunur. Bu müalicəvi içkini gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl içmək olar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri