Çərəzin faydaları

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 058
Səs ver:
(səs: 1)
Gündəlik həyatımızın sağlam və enerjili keçməsi üçün müxtəlif təbii yolların əhəmiyyəti danılmazdır.

Qadinlar.Biz deyerler.org-a istinadən bildirir ki, bu sırada çərəzlər bizim üçün əsas köməkçi rolu oynaya bilər. Buna görə də çərəzlərin faydası barədə məlumatı təqdim edirik.

Qoz - bağırsaqları yumşaldır. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq və diş qanamasını müalicə edir.

Fındıq - böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə olan qum və daşların düşməsinə kömək edir. Bundan başqa, bağırsaq qurdlarının da düşməsinə kömək edir. Bədən və zehni yorğunluğu aradan aparır.

Badam - bədən və zehni yorğunluğu aradan aparır. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını azaldır. Şəkəri qanda tənzimləyir.

Günəbaxan tumu - gərginlik və həyacanı ardan aparır.

Püstə - öd kisəsi və böyrək ağrıları üçün faydalıdır. Bundan başqa, öskürəyin kəsici rolu var.

Şabalıd - ürək-damar xəstəlikləri üçün faydalıdır. Tərkibində olan yağ turşuları damar sərtləşməsinin qarşısını alır.

Kişmiş - dəmirlə zəngin olub qanı artırır. Kişmiş, həmçinin yaddaş üçün də xeyirlidir.

Ləbləbi - mədə üçün olduqca xeyirlidir.

Qaysı qurusu -
qaraciyər hüceyrələrinin çoxalmasına səbəb olur və xərçəngin qarşısını alır. Dəmir çatışmazlığından irəli gələn qan azlığının qarşısını alır.

Yekun olaraq onu qeyd edək ki, yaşından aslı olmayaraq gün ərzində 1-2 ədəd də olsa, çərəz yemək beyin mütəxəssisləri tərəfindən israrla tövsiyə olunur. Xüsusilə də inkişafda olan uşaqlar üçün bunun çox önəmli olduğunu qeyd edirlər
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri