Çiyələk yarpağının möcüzəli faydaları

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2724
Səs ver:
(səs: 1)
Zibilliyə atdığımız çiyələk yarpağının bir çox xəstəliyin müalicəsində effektli olduğunu bilirsinizmi?

Mütəxəssislər çiyələk yarpağının faydalarını araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, bu giləmeyvənin yarpağı da özü kimi faydalıdır.

Çiyələk yarpağının möcüzəli faydaları


Çiyələk yaprağının faydaları nelerdir?

- Antioksidant xüsusiyyətə malik olan çiyələk yarpağı qanı təmizləyir, immuniteti gücləndirir.

- Bağırsaqlar üçün olduqca faydalıdır. Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarını aradan qaldırır. Metabolizmi sürətləndirir.

- Qaraciyər xəstəliklərinə müalicəvi təsir göstərir.

- Böyrəklərin fəaliyyətinə yaxşı təsir göstərir. Qum və daşları tökür.

- Ödəmi azaldır.

- Boğaz xərçəngindən müdafiə edir.

- Ürək və damar xəstəliklərinə yaxşı təsir edir, xolesterini azaldır.

- Ağız yaralarında istifadə edilir.

- Stress müalicəsində təsirlidir, yuxusuzluğu aradan qaldırır.

Çiyələk yarpağını yaşıl və ya qurudulmuş halda istifadə etmək olar. Yaşıl istifadə etmək istəyirsinizsə, isti su ilə yuduqdan sonra qaynayan suya bir neçə yarpaq atıb 5 dəqiqə dəmlənməsini gözləyin.

300 qram qurudulmuş çiyələk yarpaqlarını bir gecə suda saxlayın. 5 stəkan suya çiyələk yarpaqlarını atın. 15-20 dəqiqə qədər dəmlədikdən sonra balla qarışdırıb için.

Ağız yarası müalicəsi üçün çiyələk yarpağı çayı ilə qarqara edin.

Bu alternativ təbabət metodlarını tətbiq etmədən əvvəl mütləq həkiminizə məsləhətləşin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri