Sağlam və ağ dişlər üçün 15 MƏSLƏHƏT

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 3 157
Səs ver:
(səs: 0)
Sağlam və ağ dişlərə sahib olmaq üçün ilk şərt nizamlı fırçalama və diş ipi istifadəsidir. Buna əlavə olaraq, yemək və içkilərin ağızda yaratdığı turşulu mühitdə dişlərin zərər görməsinin qarşısını almaq, həmçinin, bəzi qidaların dişlərdə yaratdığı rəng və ləkələri təmizləmək üçün qəbul edə biləcəyiniz təbii qidalar da var.

Sağlam və ağ dişlərlə gülümsəmənizi təmin edəcək və dişlərin diş dostu olan 15 təbii qida haqqında məlumatı təqdim edirik.

1. Su
Dişlər üçün əhəmiyyətli və lazımlı ünsürlərə başçılıq edən su, sanki dişlərin qəhrəmanıdır. Tüpürcək ifrazını artıraraq ağız içi təmizliyinin davamlı olmasını təmin edir. Eyni zamanda, ehtiva etdiyi florür maddəsi sayəsində dişlərin dayanıqlılığını artırır.

2. Pendir və süd
Kalsium və D vitamini baxımından ən zəngin qidalar arasında ilk sırada olan pendir və süd diş minasını gücləndirərək çürümələrə qarşı dayanıqlılığını artırır. Həmçinin, kazein və fosfat tərkibi sayəsində ağız içində PH tarazlığını təmin edərək yemək və içkilərin yaratdığı turşulu mühitin dişlərə zərər verməsinin qarşısını alır.

3. Küncüt
Kalsium anbarı olan küncüt dişləri ehtiyacı olan kalsiumla təmin edərək, diş minasını qüvvətləndirir, aşınma və çürümələrə qarşı qoruyur.

4. Soğan
Kükürd baxımından da zəngin tərəvəz olan soğanın antibakterial təsiri dişlərdə və ağızda qalan zərərli bakteriyaların yox edilməsi üçün möcüzəvi bir qidadır.

5. Çiyələk
Təbii ağardıcı gücə malik olan və turşu ehtiva edən çiyələyi əzərək püre halına gətirib dişlərinizə sürtərək dümağ dişlərə qovuşmaq mümkündür.

6. Alma sirkəsi
Dişlərin üzərindəki ləkələrin və rənglərin aradan qaldırılmasını təmin edir.

7. Karbonat
Ən yaxşı təbii diş ağardıcısıdır.

8. Kərəviz
Yeməklərdən sonra çiy olaraq çiynədikdə ağızda tüpürcək ifrazatını artıraraq diş aralarında qalan yemək artıqlarının təmizlənməsini təmin edir.

9. Kivi
C vitamini baxımından çox zəngin meyvə olan kivi diş minasına kolagenlə də təmin edərək diş sağlamlığını qoruyur.

10. Badam
Zülal və kalsium tərkibi çox olan badam diş minasını gücləndirərək çürümə riskini azaldır.

11. Alma
Yüksək lif və su tərkibi baxımından dişlərin sağlam və ağ olmasına kömək edir.

12. Kök
Zəngin A vitamini və lif tərkibi sayəsində dişləri çürümələrə qarşı qoruyur. Bununla yanaşı, diş düyünlərinin təmizlənməsinə kömək olur.

13. Cəfəri
Ehtiva etdiyi yüksək miqdarda C vitamini sayəsində diş sağlamlığı və təmizliyində böyük rol oynayır.

14. Yaşıl çay
Tərkibindəki polifenollar baxımından diş çürüklərinə gətirib çıxaran ağız içi bakteriyaların meydana gəlməsini yavaşladır.

15. Balıq
Diş minası üçün vacib mineral olan fosfor ən çox balıqlarda olur. Həftədə ən az bir dəfə balıq yeyərək, diş minasının ehtiyacı olan fosforu ala bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri