Qırmızı banan haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 490
Səs ver:
(səs: 1)
Qırmızı bananın faydaları saymaqla bitmir. Bəs, görəsən qırmızı banan nədir və harada yetişir?

Qırmızı banan normal banandan daha kiçik ölçülü, qabığı tünd qırmızı və ya bənövşəyi rənglərində olan, Cənubi Amerika və Asiyada yetişdirilən bir banan növüdür. Yetkinləşdikcə rəngi daha da tündləşir. Qırmızı bananın digər bir adı "Red Dakka" olaraq da tanınır.

Dadı sarı banana yaxın olan qırmızı bananda yüngül moruq, çiyələk və manqo әtirlilәri dә vardır. Marmalad, çips, şokolad, pudinq, biskvit kimi məhsullarda istifadə edilən qırmızı bananın eyni zamanda unu da çıxarılır.

Argentinada bir araşdırmada könüllü olan qadınlar hər səhər naharda bir qırmızı banan yedilər. 3 ay sonra, bütün qadınların arıqladığı mәlum oldu.
Bu möcüzəvi meyvə, həm təbii antidepresant təsiri ilə stressdən qoruyur, həm də həzmi asanlaşdırır.

Qırmızı bananın tərkibindəki vitamin və minerallar sarı banandan fərqli deyil. Əsəbilik, yorğunluq, qanazlığı və yuxusuzluğa səbəb olan B6 vitamini çatışmazlığına qarşı banandan istifadə edə bilərsiniz. Bundan əlavə, bananın rəngi nə qədər tünddürsə, deməli C vitamini və beta karotin baxımından o qədər zəngindir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 490
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri