Özü qədər yarpağı da faydalıdır

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 297
Səs ver:
(səs: 1)
Bahar və yay aylarında sevərək yediyimiz çiyələyin çox faydalı olduğunu bilirik. Lakin zibil yeşiyinə atdığımız yarpağı haqqında məlumatsızıq.

Sən demə, çiyələk yarpağı bir çox xəstəliyə faydalıdır. Çiyələk yarpağının faydaları arasında:
- Antioksidan xüsusiyyəti olan çiyələk yarpağı qanı təmizləyir, immunitet sistemini gücləndirir.

- Bağırsaqlara olduqca faydalıdır. Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarına yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir.

- Qaraciyər xəstəliklərinə qarşı qoruma təmin edir.

- Böyrəklərin nizamlı işləməsinə kömək olur. Qum və daş tökən xəstələrə tövsiyə edilir.

- Sidik sökdürücü xüsusiyyətiylə bədəndəki şişin atılmasında təsirlidir.

- Qırtlaq xərçənginə qarşı qoruyucu təsiri var.

- Ürək və damar xəstəliklər və xolesterola yaxşı təsir edir, təzyiqi nizamlayır.
- Ağız yaralarının müalicəsində istifadə edilir.

- Sarılığa yaxşı təsir edir.

- Stressin müalicəsində təsirlidir, yuxuya getməyi asanlaşdırır.

Çiyələk yarpağı necə istifadə edilə bilər?
Çiyələk yarpağını yaşıl və ya quru formada istifadə edə bilərsiniz. Yaşıl halda istifadə etmək istəsəniz, isti suyla yuduqdan sonra 1 stəkan qaynayan suya 5-6 yarpaq atıb 5 dəqiqə dəmləndikdən sonra içə bilərsiniz.

Quru halda istifadə etmək istəsəniz, 1 x.q. quru çiyələk yarpağını 1 stəkan qaynar suda dəmləyin. 15-20 dəqiqəyə qədər qaynatdıqdan sonra balla dadlandıraraq adi çay kimi için.

Ağız yarası müalicəsində istifadə etmək üçün çiyələk yarpağı çayı ilə qarqara edin.

Qeyd: Bu alternativ tibb üsullarını tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri