Çay ağacı yağının nadir müalicəvi xüsusiyyətləri

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 1 971
Səs ver:
(səs: 0)
Bu ən tanınmış və effektli müalicəvi efir yağlarından biridir. Bu yağ müxtəlif kremlərin, losyonların, şampunların, dezodorantların, diş pastalarının tərkibinə daxil edilir.

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, çay ağacı yağı güclü antiseptik xüsusiyyətlərə malikdir. Bundan əlavə çay ağacı yağı:

- virus və iltihab əleyhinə təsiri edir,

- göbələk infeksiyalarını sağaldır,

- öskürək, qripp, angina, sinusitlər (haymorit, frontit) zamanı çox yaxşı müalicəvi təsir edir,

- yaraları, sıyrıntıları, yanıqları sağaldır,

- dəri xəstəlikləri, herpes səpgiləri, dəridə civzələr, ziyillərvə s. zamanı istifadə olunur,

- ağız boşluğu iltihabları, damaq xəstəlikləri zamanı istifadə olunur, kariyesin qarşısını alır,

- sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, stresi və gərginliyi azaldır,

- immun sistemini stimullaşdırır.

Öskürək, bronxit zamanı çay ağacı yağı ilə inhalyasiyalar edirlər. Belə inhalyasiyalar nəfəs yollarını selikdən təmizləyir, iltihabı azaldır, nəfəsalmanı asanlaşdırır. Enli qaba isti su tökün və suya 5 damcı çay ağacı yağını əlavə edin. Bu suyun buxarından nəfəs alın.

Ayaqlarda göbələk zamanı ayaq vannasına 7 damcı yağ əlavə edin. Belə vannaları 1 həftə ərzində hər gün edin.

Stress və gərginlik zamanı vannaya 10 damcı yağ əlavə edin və 10-15 dəqiqə ərzində vanna qəbul edin.

Dodaqlarda herpes zamanı yağı səpgilərin üzərinə çəkin.

Angina zamanı 1 stəkan ilıq suya 3-4 damcı çay ağacı yağını əlavə edin və boğazınızı qarqara edin.

Saçlarda kəpək zamanı çay ağacı yağını istifadə etdiyiniz şampuna əlavə edin (3 damcı yağ + adətən istifadə etdiyiniz şampun dozası) və saçlarınızı bu şampunla yuyun.

Kariyesin profilaktikası məqsədi ilə diş fırçasına diş məcunu çəkin, 1 damcı çay ağacı yağını əlavə edin və dişlərinizi fırçalayın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri