Bilməniz gərəkən praktik mətbəx sirrləri...

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 3 733
Səs ver:
(səs: 0)
Mətbəxi təmiz və səliqəli saxlamaq elə də asan deyil. Ancaq təcrübəli ev xanımları mətbəx təmizliyinin incəliklərinə bələddirlər və mətbəxlərini təmizləməyə elə də çox vaxt sərf etmirlər. Təcrübəli ev xanımlarının mətbəx təmizliyi sirrlərini sizinlə bölüşürəm:
Şüşə qablar
Şüşə qabları dükanlardan alınan kimyəvi vasitələrdən istifadə etmədən asanlıqla təmizləmək olar. Bunun üçün isti suya bir az duz və uksus əlavə edin. Şüşə qablarınız par par parıldayacaq.

Alüminium qazanlar
Alüminium qazanlarınızın içərisinə kartof qabığı, alma qabığı və uksus əlavə edib qaynatsanız içərisi yenidən ilk günkü kimi parıldayacaq.

Emallı qazanlar
Zamanla qaralmış və yanmış şirəli qazanları 1 xörək qaşığı duz əlavə edilmiş qab şampunu ilə qaynadın və yaxşıca yuyun. Qazanın içinin qaralmasının qarşısını almaq üçün ayda bir dəfə uksus əlavə edib qaynadın.

Soyuducu
Soyuducuların içini soda məhlulu ilə tər təmiz edə bilərsiniz. Belə ki, 1 litr suya 4 xörək qaşığı soda əlavə edin və soyuducunun içini bu məhlul ilə təmizləyin. Təmizlik və təravəti zəmanət etmiş olacaqsiniz.

Süd daşıbsa
Əgər süd isti qazın üstünə daşıbsa həmin yerə bir az duz səpin və üzərini perqament kağızı ilə örtün. Sonra dəmizləyin.

Unu saxlamaq
Unu uzun müddət həşərat düşmədən saxlamaq istəyirsinizsə un saxladığınız yerə bir diş qabıqdan təmizlənməmiş sarımsaq qoyun.

Bıçaqların itilənməsi
Bıçaqları itiləməmişdən əvvəl onları bir müddət duzlu suda saxlayın və sonra silməmiş itiləyin.

Ətçəkənin təmizlənməsi
Ətçəkənin asan yuyulması üçün əti çəkib qurtarandan sonra bir ədəd çiy kartof çəkin.

Stəkanlar tez qrılmasın
Stəkanların tez qırılmaması üçün onları soyuq suyun içərisində qazın üzərinə qoyun və qaynadın. Qaynara düşən kimi altını söndürüb elə bu suda da soyudun.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri