Sağlamlığınıza zərər vurmayacaq 5 təbii ağrı kəsicilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 566
Səs ver:
(səs: 0)
1. Zəncəfil kökü.
3 sm kəsilmiş zəncəfil kökünü qaynar suya salıb, 10 dəqiqə gözlədikdən sonra bir az bal əlavə edib içdikdə orqanizmdə olan ağrılar azalır. Xroniki ağrılardan əziyyət çəkənlər yedikləri qidalara zəncəfil töksələr ağrıları azalar. Araşdırmalara görə gün ərzinddə 2 dəfə zəncəfil dəmləməsi içmək revmatizm xəstəliyi zamanı diz və ayaqlarda olan ağrıları aradan qaldırır. Zəncəfil dəmləməsi soyuqlama zamanı bədəndə olan ağrıları azaldır, aybaşı ağrılarını yüngülləşdirir.

2. Acı bibər.

Sun.az immunitet.az-a istinadən bildirir ki, əgər yeməyinizi acılı və ədviyyatlı sevirsinizsə, bundan öz faydanız üçün istifdə edin. Acı bibər baş ağrıları, artrit ağrıları zamanı faydalıdır. Acı bibərin tərkibindəki maddələr beyinə gedən ağrı siqnallarını azaldır. Acı bibərdən ağrıkəsici mazlar, məlhəmlər və losyonlar hazırlanır.

3. Sarıkök.
Sarıkök mədə qıcqırmasından əziyyət çəkən adamlara yardımçı olur. Onun kimyəvi tərkibi anti-enflamatuar iltihab əleyhinə təsir göstərir. Həzmin getməsini zəiflətdiyi üçün sarıkökdən az miqdar istifadə etmək lazımdır.

4. Maqnezium.

Bir çox qida maddələrinin tərkibində maqnezium var. Amma bişirilən zaman o yox olur. Maqnezium orqanizmdə sümük, əzələ və sinir xəstəliklri zamanı faydalıdır. Maqnezium stressi azaltmaqla yanaşı, sümük ağrıları zamanı ağrıkəsici təsir göstərir.

5. Gilas.
Bir boşqab gilas yemək iltihabı azaltmaq qabiliyyətinə malik olduğu üçün iltihab səbəbli ağrıları da aradan qaldırır. Gilasın müalicəvi xüsusiyyəti onun qabığındadır. Belə ki, gilasın qabığında antosiyanin var. Antosiyanin böyürtkəndə, qırmızı üzümdə, çiyələkdə və moruqda da olur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 566
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri