Sümük sağlamlığınızı qoruyacaq məsləhətlər....

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 1 860
Səs ver:
(səs: 0)
Sümüklərimizin güclü və sağlam qala bilməsi bütün bədən sağlamlığı üçün çox əhəmiyyətlidir. Kalsium, D vitamini, zülal kimi qida maddələri xaricində həyat tərzi də sümüklərin inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Bu xəbərdə sümük sağlamlığını qorumanın yollarını izah etdəcəyik.

Sümük sağlamlığını qorumanın yolları
- Həftədə 3 gün nizamlı yürüyüş edin və yüngül ağırlıqlarla işləyin. Əzələ skelet sisteminin uzun müddət sağlam çalışması baxımından şərtdir!

- Kilo almayın. Kilo hər mövzuda problem yarada biləcəyi kimi əzələ-skelet sisteminə də zərər verər. Oynaqların üzərinə düşən yük nə qədər az olsa o oynaq o qədər uzun ömürlü olar.

- Siqaretdən uzaq durun. Siqaret dövranı pozduğu üçün xüsusilə qığırdaq bəslənməsini pozur, qığırdaq problemi yarada bilir.

- Ayaq sağlamlığınıza diqqət yetirin və sağlam ayaqqabılar seçin. Əzələ skelet sisteminin ən laqeydlik edilən hissəsi ayaqlardi. Əslində ayaq sağlamlığına böyük əhəmiyyət vermək lazımdır. Çünki bədəni ayaqlarımız daşıyır və həyat keyfiyyətini bir başa olaraq təsir edir. Ayaqda meydana gələcək problemləri göz ardı etməmək və mümkün olduğunca modası olan deyil də sağlam ayaqqabılar geymək lazımdır.

- D vitamini üçün hər gün kifayət qədər günəşdən faydalanın. Bu hər gün ən az 15 dəqiqə mənasını verir. Kifayət qədər C vitamini alın. D və C vitamini sümük və oynaqların uzun ömürlü olması üçün əhəmiyyətli vitaminlərdir. Xüsusilə D vitamini əskikliyinə sümük sisteminin dözümü yoxdur.

- Kifayət qədər qatıq və pendir istehlak edin. Xüsusilə uşaqlıqdan etibarən hətta ömür boyu qatıq və pendir istehlak edin. Kalsium anbarlarını zamanında nə qədər yaxşı doldursaq yaşlılıqda o qədər işimizə faydalı olacaq. Əzələ və sümük sağlamlığı üçün lazımlıdır.

- 45 yaşından sonra həddindən artıq idman etməkdən qaçının. Xüsusilə problemlırin bir çoxu orta yaş sonrası edilən özünü həddindən artıq məcbur etməklə əlaqəli olur. Bu səbəblə həddindən artıq idman etməkdən, həddindən artıq ağırlıqla işləməkdən qaçın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri