Gibiskus çayının faydaları və hazırlanması

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3 549
Səs ver:
(səs: 0)
Gibiskus çayı zəifləməyə olan təsiri və bədənə olan faydaları ilə məşhur bir çaydır. Eyni zamanda sidik qovucudur, həzm sistemini rahatlaşdıraraq qəbizliyi və köpü aradan qaldırar.

GİBİSKUS ÇAYININ FAYDALARI NƏLƏRDİR?
-Qan təzyiqini tarazlayar. Gibiskus çayı qan təzyiqini salar və təzyiqi tarazlayar. Hipertansiyon yəni yüksək təzyiqdən əziyyət çəkən kəslər üçün şəfa qaynağı ola bilər. Eyni zamanda qan təzyiqini salmasıyla diyabet yəni şəkəri də tarazlayar.

-Sidik qovucu xüsusiyyəti vardır. Qan təzyiqini salıcı təsirinin yanında sidik qovucu xüsusiyyətinin olması da gibiskus çayının faydaları arasındadır. Sidiyə getməni artıraraq rahatlama təmin edər.

-Antioksidan xüsusiyyəti səbəbiylə xolesterol salıcı təsiri də vardır. Xolesterol salıcı təsiriylə ürək xəstəliklərinə qarşı da qoruyar.
Eyni zamanda antioksidan xüsusiyyəti sayəsində qaraciyərə qarşı da faydalıdır. Bədən toxumaları və hüceyrələrdə olan sərbəst radikalları neytralizə edərək bədənin xəstəliklərə qarşı qorunmasına kömək edər.

-Antitümör və antioksidan xüsusiyyətlərə malikdir. Hüceyrələri xəbərdar edərək xərçəngli hüceyrələrin inkişafını önlədiyi düşünülməkdədir. Mədə xərçənginə qarşı qoruma təmin edər.

-Qadınların aylıq olaraq yaşadıqları menstural ağrılarına da yaxşı gəlir. Hormonları tənzimləyər.

-Gibiskus çayı C vitamini və askorbik turşu cəhətdən olduqca zəngin bir çaydır. Bu səbəblə immunitet sistemini gücləndirər. Qrip və soyuqdəymə kimi qış xəstəliklərinə qarşı qoruma təmin etməsi də gibiskus çayının faydalarından biridir.

-Tərkibindəki flavonoidlər, vitamin və minerallar sayəsində antidepresant xüsusiyyəti vardır. Bədəni və zehini rahatlaşdırar, sinir sistemini sakitləşdirər.

-Susuzluğu aradan qaldırar. Bədəndən maye atılmasına qarşı, maye əskikliyini qarşılayar. Toksinlərin atılmasına kömək edər.

-Həzm sisteminə fayda verərək həzmsizliyi də aradan qaldırar. Bağırsaq hərəkətlərini artırar, bu səbəblə qəbizlik üçün həll təmin edər.
Gibiskus çayı yüksək nisbətdə dəmir mineralını ehtiva edər. Dəmir mineralı sayəsində bədəndəki dəmir əskikliyi və qanazlığına müsbət edir. Qanazlığı və dəmir əskikliyi yaşayan kəslər kilo verməkdə çətinlik çəkərlər. Gibiskus çayı sayəsində bədəndəki dəmir əskikliyi aradan qaldırılar və kilo vermək asanlaşar. Eyni zamanda tərkibindəki C vitamini sayəsində bədəndə yağ yandırmanı sürətləndirərək də zəifləməyə kömək edər.

Həzmi asanlaşdırmasıyla da bədəndəki köpü aradan qaldırar. Bədəndəki köp atılmasıyla da zəifləmək mümkündür.


GİBİSKUS ÇAYI NECƏ HAZIRLANAR?
Gibiskus çayını hazırlamaq üçün bir stəkan su qaynadın. Qaynadıqdan sonra içinə 1-2 çay qaşığı qurudulmuş gibiskus atın. 15-20 dəqiqə dəmləyərək içə bilərsiniz. Dəmləndiyi sırada istəyə bağlı olaraq içinə darçın, limon və ya zəncəfil əlavə edərək dadlandıra bilərsiniz.


GİBİSKUS ÇAYININ YAN TƏSİRLƏRİ NƏLƏRDİR? KİMLƏR İSTİFADƏ ETMƏMƏLİDİR?
-Həddindən artıq istehlak edilməsi halında qan təzyiqini çox sala bilər. Aşağı təzyiqi olan kəslər çox çox istehlak etməməlidir. Gibiskus çayı təzyiqi salıcı olduğu üçün hipotansiyonu olan kəslər üçün zərər verə bilər, huşsuzluğa səbəb ola bilər.

-Bəzi insanlarda həddindən artıq istehlakı halında hallüsinasiyalar görmə, xəyal görmə kimi vəziyyətlər ortaya çıxa bilər.

-Hamiləlik və əmizdirmə dövründə istehlak edilməməlidir.

-Bəzi kəslərdə qızartı və qaşınma kimi allergik reaksiyalara səbəb ola bilər.

-Təzyiq və xolesterol narahatlığı olan, bu narahatlıqlarla əlaqədar dərman istifadə edən kəslər gibiskus çayı içmədən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Ayrıca nizamlı başqa dərman istifadə edən hər kəs həkimlə məsləhətləşərək bu çayı içməlidir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri