Meyvə şirələrinin faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 904
Səs ver:
(səs: 0)
lma şirəsi dəmirlə zəngindir. Tərkibində kalium və bor elementləri sümükləri möhkəmləndirir. A və C vitaminləri, üzvi turşular, minerallarla bol olan alma şirəsinin tərkibindəki minerallar dərini təravətləndirir, saçı və dırnaqları möhkəmləndirir. Bu şirə ilə qripi və bağırsaq mikroblarını müalicə etmək olur. Qaraciyər və böyrəklərə müsbət təsir edir, mədə-bağırsağın təmizlənməsində ən gözəl dərman alma şirəsidir.

Armud şirəsi- piylənmənin qarşısını alır. A,E,S və P vitaminləri, pektin, karotin, mikroelementlərlə zəngindir. Tərkibindəki makro və mikroelementlərə görə armud şirəsi ilk yerlərdən birini tutur. Tərkibi dəmir, sink, yod, ftor, marqanes, molibden, bor, kobalt, nikel, maqnium, kalsium, natrium, fosfor, kalium, xlor və s təşkil edir. Həzmetmə və bağırsaqların fəaliyyətinə müsbət təsiri var.Qan dövranını yaxşılaşdırır.

Ərik şirəsi А, В, РР vitaminləri , kalium, kalsium və s maddələrlə zəngindir, yaddaşı və dərini yaxşılaşdırır, qaraciyərə müsbət təsiri var, iş qabiliyyətini artırır,orqanizmi möhkəmləndirir,ürək-damar sistemi xəstəliklərində və uzağı görməyənlərə faydalıdır.

Ananas şirəsinin tərkibi vitaminlər kompleksi, 16 mikroelement, ən əsası isə piylərin ərinməsində rol oynayan bromelayn fermentinə malikdir. Həmçinin tərkibində kalori az olduğundan diyetik menyular üçün də münasibdir.Antistress xüsusiyyətə malik ananas şirəsi böyrəklərin, qaraciyərin funksiyalarını normallaşdırır, mədəaltı vəzinin işini yaxşılaşdırır, bağırsaqın fəaliyyətini tənzimləyir.Trombozlar, şişlər, hətta yaddaş zəifliyində də faydalıdır.

Portağal şirəsi S vitamininə görə digərlərini üstələyir. Stress, nevroz və astenik vəziyyətlərdə faydalıdır.Zəhərlənmə və soyuqdəymədə əvəzsizdir. B1, B5 və B 12 vitaminləri ilə zəngindir.

Üzüm şirəsi anemiya, vərəm, zəiflik, halsızlıq zamanı çox faydalıdır. Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir.Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dəri yaşlanmasının qarşısını alır
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 904
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri