İşinizə yarayacaq faydalı məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 415
Səs ver:
(səs: 0)
QADİNLA.COM həyatı yüngülləşdirən, təmizlik və rahatlığa kömək edən kiçik məişət taktikalarını bölüşür.

1.Möhkəm yapışmış etiketləri fenin isti hava axını altında saxlayıb sonra onları qoparmaq daha asan olacaq.

2.Limon şirəsi – ağardıcı kimi çox gözəl əvəzetmədir. Paltar yuyarkən bir fincan limon şirəsinin 1/3-ü qədər hissəsini suya əlavə edin. Rəngi tutqunlaşan paltara yeni parlaq görünüş verəcəksiniz.

3.Bankanın kəskin iyindən qurtulmaq üçün onu, 1 çay qaşığı xardal əlavə olunmuş isti su ilə yuyun.

4.Cırılmış kalqotkaları atmayın, onlar dekorativ şamların tozunu silmək üçün əla vasitədir.

5.Vaza və şüşə qabların çətin yuyulan yerlərini təmizləmək üçün düyüdən istifadə etmək olar: 1 xörək qaşığı yarma və isti sabunlu su əlavə edib silkələyin.

6.Kövrək bokalları maşında yuyarkən qorxmayın, onları rezin halqalarla barmaqlıqlara bərkidə bilərsiniz.

7.Yumşaq mebeldən ev heyvanlarının tüklərini təmizləmək üçün nəm rezin əlcəklərdən istifadə edin. Bütün tüklər onun üzərinə hopacaq.

8.Göyərtiləri duzlu suda yumaq daha yaxşıdır.

9.Tikişlərin dolaşığını açmaq üçün tozsoranın şotkasından istifadə etmək olar.

10. Ayaqqabı kreminin köməyi ilə taxta mebeli təzələmək olar.

11. Az miqdar suda həll edilmiş şəkər – əlləri yağdan təmizləmək üçün gözəl vasitədir.

12. Köhnə diş fırçası ilə kafellərin arasını təmizləmək çox asandır.

13. Linoleuma keçmiş parıltısını diş pastası ilə qaytarmaq olar.

14. Qəhvə filtrləri ilə televizorların və kompüterlərin ekranlarını silmək rahatdır.

15. Taxta və plastik lövhələrdən ləkələri təmizləmək üçün limondan istifadə edin. Limonu yarı bölün və suyunu lövhənin üzərinə sıxın. 20 dəqiqədən sonra lövhəni yaxalayın.

16. Paltar yuyarkən istifadə etdiyiniz kisədən, uşaq xırdavatlarının, məsələn su şüşəsini qabyuyan maşında yuyarkən isitifadə edə bilərsiniz.

17. Geyimi təmizləmək üçün trikotaj abajuru onun üzərində gəzdirin.

18. Güzgü və üşələrdəki lazımsız yapışqanlardan qurtulmaq üçün, onların üzərinə mayonez sürtün və sonra elastik mala (şpatel) ilə təmizləyin.

19. Kofeüyüdəni təmizləmək üçün onda düyü üyüdün və sonra onu quru dəsmalla silin.

20. Misdən hazırlanmış əşyaları təmizləmək üçün sirkə, duz və un qarışığından istifadə edin. Yumşaq parçanı alınmış qarışığa batırın və səthin üzərini silin. Sonra əşyanı qurulayın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri