Ayaqqabıya qulluq haqqında hər şey...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 308
Səs ver:
(səs: 0)
Ayaqqabını alanda fikir verin ki, ayaqqabı ayağın üst tərəfini sıxmasın, böyük barmaq ayaqqabının burnuna dirənməsin.
Təzə ayaqqabı isti günlərdə ayağı sanki "yandırır”. Bu əziyyətdən azad ol-maq üçün ayaqqabını içəridən sirkəli su ilə silmək olar.

Ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı günə vermək və qurut-maq lazımdır.

Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyirlər və quru, təmiz əsgi ilə silirlər, sonra krem çəkirlər və yenə şotka ilə təmizləyirlər.

Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və sıx-sıx qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını otaq temperaturunda qurutmaq lazımdır. Heç vaxt nəm ayaqqabını odun yanında, mərkəzi istilik batareyasında, yaxud başqa istilik mənbələrinin yanında qoymayın. Bu hallarda dəri həddindən tez quruyur, büzüşür və çatlayır.

Əriyən qar ayaqqabını korlayır. Qarda gəzəndən sonra ayaqqabınıza yağlı krem çəkin və bir azdan təmizləyin.
Ayaqqabını quru, sərin yerdə saxlamaq lazımdır. Əgər ayaqqabı rütubətli yerdə qalıbsa, kif basıbsa, ona benzin çəkin. Qış gəldikdə su keçirməyən plaşların və kauçukdan olan əşyaların üstünə talk səpin, yay ayaqqabısına krem çəkin.
Gənəgərcək yağı – dəri məmulatları üçün ən yaxşı qidadır. Onu ayaqqabıya çəksəniz, yumşaq və su keçirməyən olur, bununla belə, dərinin parıltısı qalır.

Açıq rəngli ayaqqabıda sudan ləkələr qalır. Belə ayaqqabı alandan dərhal sonra nazik qatla müvafiq kremi çəkmək lazımdır.
Belə ayaqqabı üçün yüksək keyfiyyətli kremdən istifadə etmək, yumşaq

şotka və mahud parçası ilə parıldatmaq lazımdır. Açıq rəngli ayaqqabıdan asan təmizlənən çirkləri ilıq südlə, yaxud bərabər miqdarda götürülmüş süd və skipidarın qarı-şığı ilə təmizləyirlər.

Zamşa ayaqqabını balaca, xüsusi rezin şotka ilə təmizləyirlər. Parıldayan zamşa ayaqqabısını pozanla, yaxud narın sum-pata ilə təmizləyirlər. Zamşa ayaqqabını buxara tutanda, onun xovu qalxacaq və təmizlənəcək. Çox çirklənmiş zamşa ayaqqabılarını süngər vasitəsilə ilıq sabunlu su ilə təmizləyirlər. Sonra şotkanı sirkə qatılmış suya (1 s.q sirkə + 1 l su) batırırlar və təmizləyirlər. Axırda təmiz quru əsgi ilə silirlər və buxarın üstündə tuturlar. Əgər zamşa ayaqqabıya yağ ləkəsi düşübsə, onu benzinlə təmizləyin.
Laklı ayaqqabıları hər gün və pis havada geymək tövsiyə edilmir. Nəmişlikdən və küçə çirkindən parıldayan lak səthi getdikcə tutqunlaşır və xırda çatlarla örtülür. Təzə lak ayaqqabılarını təmizləmək lazım deyil, onları yalnız flanel əsgi ilə silmək kifayətdir. Qızanda lak ayaqqabı yapışqanlı olur, soyuq-da isə çatlayır, ona görə onları qızdırıcı cihazların yanında və soyuq yerdə saxlamaq olmaz. Yaxşı saxlanması üçün lak ayaqqabıya nazik qatla bitki yağı çəkirlər və parıldadırlar.
Lak ayaqqabını qışda geyməzdən əvvəl bir az isidirlər, əks halda o çat-laya bilər.

Rezin, uzunboğaz çəkmələri yumşaq əsgi ilə, bol suyun altında yumaq lazımdır. Rezin ayaqqabını bərk sürtmək lazım deyil, parıltısını itirir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri