Bostanda sodanın faydası

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 493
Səs ver:
(səs: 0)
Bostançılıqda xörək sodasının bir çox faydaları vardır. Görünür, o, hər yerdə və hər şeydə kömək edir. Əgər siz bağ sahənizdə üzüm yetişdirirsinizsə, gilələrin dəymə vaxtında tənəyi sodalı məhlulla çiləməyi unutmayın – 10 litr suya 75 qr soda. Bu prosedur üzümü boz çürümə xəstəliyindən qoruyur, həmçinin gilələrin tərkibində şəkərin səviyyəsini artırır. Bu cür məhlulla yarpaq gəmirən tırtıllarla mübarizədə bütün meyvə ağaclarını çiləmək olar.
Soda külləmə xəstəliyinin qarşısını almaqda effektiv üsullardan biridir. 1 litr suda qarışdırılmış 1 çay qaşığı soda ilə profilaktik məqsədilə xıyarları çiləyirlər.

Motmotu və qarağatı kompleksli üsulla becərirlər:

4,5 litr suya 1 xörək qaşığı soda
1 aspirin həbi
1 çay qaşığı qabyuyan vasitəsi və ya duru sabun
1 xörək qaşığı bitki yağı əlavə ediib qarışdırılır

Yarpaqların vaxtından tez saralmasının qarşısını almaq üçün sodalı məhlulla (10 litr suya 1 xörək qaşığı soda) xıyarları sulayırlar. Tırtıldan qurtulmaq məqsədilə bir çox bostançılar soda, un və kələmə yaxın çiçəklərin tozcuğundan ibarət qatışığı kələm yarpaqlarının üzərinə səpirlər.
Bundan əlavə soda əkindən qabaq toxumları islatma üçün kompleksli cövhərin tərkibinə daxildir: iki ovuc soğan qabığına 1 litr qaynar su tökmək və əvvəlcədən hazırlanmış kül məhlulu ilə 1:1 nisbətində qarışdırmaq. Bu cür məhlulun 1 litrinə 1 qr marqan, 0,1-0,3 qr borat turşusu və 5 qr xörək sodası əlavə etmək faydalıdır. Kompleksli məhlulda toxumarı 5-6 saat islatmaq lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri