Bu əşyaları qətiyyən evinizdə saxlamayın

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 3 052
Səs ver:
(səs: 1)
Artıq çoxdan məlumdur ki, hər geyim və məişət əşyalarının çoxunun tərkibində təhlükəli maddələr var.
Son elmi tədqiqatlar göstərir ki, formaldehid, triklozan, naftalin kimi təhlükəli maddələr xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır.
Qadınla.Com bu yazıda oxucuları tərkibində təhlükəli kimyəvi maddələrin olduğu və bazarda hələ də satılan məişət malları ilə tanış edib.
Evinizi kimyəvi cəhətdən təhlükəsiz etmək heç vaxt gec deyil, odur ki, bu mühüm informasiya ilə tanış olmağa dəyər.

Hava təravətləndirici və kimyəvi təmizləmə məhsulları
Müasir təravətləndiricilərin tərkibində orqanizmdə bədxassəli hüceyrələrin inkişafına səbəb olan uçucu maddələr var.
Əgər evin havasını təbii və təhlükəsiz yolla təravətləndirmək istəyirsinizsə, mixək, darçın, limon və ya portağal qabıqlarını bir qazana töküb, üzərinə su əlavə edib qaynadın. Vanna otağında isə sevdiyiniz bitkilərin efir yağlarını ağzı açıq şəkildə saxlaya bilərsiniz.
Müxtəlif səthlərin təmizlənməsində güclü kimyəvi vasitələrdən imtina edin, onlar nəinki çirki məhv edir, eyni zamanda sizin sağlamlığınıza da güclü şəkildə yəsir edir. Xoşbəxtlikdən təbii vasitələrin köməyi ilə təmizliyi təmin etmək olar.

Diş məcunu və ağız üçün qarqara məhsulları
Geniş yayılmış maddə - ftorid və triklozan diş pastalarının tərkibinə də daxildir. Onlar orqanizmdə toplanan çox təhlükəli birləşmələrdir. Həmçinin adi diş pastasının içində olan parlaq rənglər diş pastasını artıqlaması ilə təhlükəli edir. Odur ki, təbii diş pastasına keçmək vaxtıdır!

Teflon örtüklü qablar
Özlüyündə belə qablar zərərsizdir. Teflon örtüyü minimal miqdarda yağla yemək hazırlamağa imkan verir və yemək yanmır. Amma sevdiyiniz tavaya cızıq izi düşərsə, o təhlükəli olur: yemək qızdırılan zamanı zədələnmiş teflon örtüyündəki perfluorooktan karboksilik turşusu kimi təhlükəli kimyəvi maddələr ayrılır. Bu isə insan orqanizminə ciddi zərər verə bilər. Odur ki, cızılmayan keyfiyyətli qab-qacaqdan istifadə edin.

Naftalin
Güvələrə qarşı hələ də naftalin istifadə edən insanlar var. Lakin bilməlisiniz ki, naftalin xərçəngin yaranmasına səbəb olan maddələr siyahısına rəsmən daxil edilib.
Həşəratlara qarşı təbii müdafiə üsullarından istifadə edin: otaqların küncünə kisəciklərdə dəfnə yarpağı və lavanda qoyun.

Dekorativ şamlar
İyli şamların tərkibində qurğuşun olur. Evdə həddən artıq qurğuşun olması isə müxtəlif yaşlı insanlarda hormonal disbalans yaradır, uşaqlarda əqli gerilik və diqqət pozulması ilə nəticələnə bilər.
Bədəndə qurğuşun toplanması xərçəng hüceyrələrinin inkişafına da kömək edir. Odur ki, evdə dekorativ şam sayını azaltmağa çalışın.

Dezodarant və antiperspirant
Dezodarant və antiperspirantların tərkibində alüminium, ftalat və trikloazn olan kimi kanserogen maddələr olması haqqında çox yazılıb. Qadınlar bilməlidir ki, belə vasitələrdən istifadə etmək xüsusilə onlar üçün təhlükəlidir. Elmi araşdırmarlarda sübut edilib ki, alüminium döş xərçənginin yaranmasına səbəb ola bilər.

Yemək üçün plastik konteynerlər
Ftalat və biosfenol kimi maddələr istənilən plastik qablarda var. Onlar sağlamlıq üçün təhlükə mənbəyidir. Bu səbəbdən də çalışın ki, plastik qablarda satılan yeməkləri almayın, ya da plastik qabları şüşəli versiyaları ilə əvəz edin.
Plastik konteynerdə yemək qızdırmayın, su butulkalarını isə şüşəlilərlə əvəz edin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri