Evdəki pis qoxuların qarşısını alan praktik üsullar

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 171
Səs ver:
(səs: 0)
Evi nə qədər təmiz saxlasanız da, pis qoxulardan xilas olmaq hər dəfə mümkün deyil. Qarşısını almaqsa mümkündür. Qadinla.com evdəki xoşagəlməz iylərdən xilas olmaq üçün bir neçə praktik üsulla sizi tanış edir.

Zibil qoxusu

Zibil qutusunun içinə karbonat (soda) və ya qabartma tozu səpin. Tualetlər üçün hazırlanan qoxu aradan qaldıran həbləri qoymaq da pis qoxuların meydana gəlməsinə mane olar.

Tualet qoxusu

Davamlı təmizləməyinizə baxmayaraq, tualetinizdəki qoxulardan xilas ola bilmirsinizsə, unitazın içinə yarım stəkan karbonat, limon suyu və ya sirkə töküb bol suyla durulayın. Eyni zamanda, qəhvə dənələri tökün və sonra qaynar su ilə yuyun. Bir stəkan karbonatı və ya limon suyunu hamam otağının uyğun bir küncündə davamlı saxlayın. Bu üsul pis qoxunun yaranmasının qarşısını alacaq.

Boya qoxusu

Günlərlə evdən getməyən boya qoxusundan otağın ortasına bir qab parçalanmış boyat çörək qoyaraq xilas ola bilərsiniz. Ertəsi gecə də qaynamış isti süd qoyun.

Soyuducu qoxuları

Ağzı açıq bir qaba sirkə və ya karbonatlı su töküb soyuducuya qoyaraq içərisinin iy verməsinə mane ola bilərsiniz. Pendirin soyuducunu iylətməməsi üçün isə pendir qabına bir az kəklikotu qoyun.

Qarderob qoxuları

Limon və ya portağalı qərənfil suyuna batıraraq qarderobunuza asın. Meyvələr geyimlərinizə xoş qoxu yayacaq.

Yemək qoxuları

Yeməyin qaynadığı suya bir parça göbələk atsanız, yayılan pis qoxunun qarşısını ala bilərsiniz. Qızartma bişirərkən yağına bir sap cəfəri ataraq qoxunu azaltmaq olar. Balıq qoxusundan isə ağzı açıq qazanda sirkəli su qaynadaraq xilas olmaq mümkündür.

Mətbəx şkaflarının qoxuları

Rəflər və şkaflardan gələn qoxulardan xilas olmaq üçün içlərini spirtli suyla silin. Bir xırda qabın içinə un, xardal və ya qoxulu sabun qoyun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri