Nə qədər ömrünüz qalıb? - 3 sadə test və hərəkətlə öyrənin

Müəllif: Onun_Mələyi
Şərhlər: 10
Baxılıb: 3 437
Səs ver:
(səs: 3)
İnsan ömrünün sonuna nəqədər vaxt qaldığını təxmini müəyyənləşdirmək üçün bir çox analizlər verilməlidir.
Bunun üçün həm vaxt, həm maddiyyat tələb olunur.

Amma braziliyalı alim Klaudio Qil Aradjo bir sadə test vasitəsilə insanın ömrünün sonuna nə qədər qaldığını təyin etməyin mümkün olduğunu iddia edir.

Çoxsaylı araşdırmalar bu testin həqiqətən də işə yaradığını təsdiqləyib.

Qadınla.Com həmin testi təqdim edir:

Hər şey çox sadədir!
Sadəcə olaraq oturmaq və qalxmaq lazımdır.

1. Döşəmədə ayaqyalın dayanaraq ayaqlarınızı çarpazqoyun. Hərəkətə başlayanda sizin artıq 10 xalınız var.

2. Ayaqlarınız çarpaz çəkildə oturun. Bu zaman bədənin hansısa bir hissəsi ilə özünüzə kömək etməyin. Əgər özünüzü əl, dirsək, diz və ya ayağınızla saxlayırsınızsa o zaman 1 xal itirirsiniz. Əgər siz heç bir kömək olmadan oturdunuzsa,amma balansı saxlaya bilmirsinizsə, o zaman yarım xal itirirsiniz.

3. Ayaqlarınız çarpaz vəziyyətdə döşəmədə oturmağa davam edin. Daha sonra əllərinizin köməyi olmadan ayağa durmağa çalışın. Özünüzə kömək edirsinizsə, o zaman yenə də bir xal itirirsiniz.

4. Alınan sadə şkala vasitəsiləöz sağlamlıq vəziyyətinizi qiymətləndirə bilərsiniz.

Şkala:8-10 xal: YAXŞI.
Sən sağlam həyat tərzi sürürsən və sənin orqanizmin əla vəziyyətdədir.

6 - 7.5 xal: PİS DEYİL.
Sağlamlığın uçun elə də böyük risk yoxdur.

3.5 - 5.5 xal: XƏBƏRDARLIQ.
Problem var. Yaxın 6 il ərzində həyatını itirmək riski yuxarı iki kateqoriyaya nisbətən yüksəkdir.

0 - 3 xal: SOS. Ciddi xəbərdarlıq.
Sən çox pis vəziyyətdəsən. Yaxın 6 ildə həyatını itirmək riskin digər kateqoriyalardan 5 dəfə çoxdur.İlk iki kateqoriyaya mənsub olan insanlar sakit ola bilərlər.Əgər siz sonuncu qrupda yer aldınızsa, o zaman sağlamlığınız haqda gec olmadan düşünün.Təbii ki, bu test spesifik xəstəlikləri olan insanlarda işə yaramayacaq. Amma buna baxmayaraq yenə tətbiq etmək olar.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 437
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri