Qısqancsınız? (TEST)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 174
Səs ver:
(səs: 1)
TEST EDIN YOXLAYIN

1. Sevgilinizin çox yaxın olduğu qarşı cinsdən dostu var?
• Yox, yoxdu, ola da bilməz
• Var, amma çox yaxın deyillər
• Hə, var və hamısı yaxşı insanlardı
• Yaxın dostu varsa da bilmirəm, onsuz da maraqlı deyil

2. Sevgilinizin qarşı cinsdən olan dostuna ad günü hədiyyəsi seçməyə getməsinə necə baxardınız?
• Dünyasını qaraldardım
• Hirslənərəm, amma üzə vurmaram
• Çox incə bir davranış olduğunu deyərəm
• Əhəmiyyət vermərəm

3. Təklikdə yemək yeməyə getdiyiniz vaxt qarşı cinsdən olan qarsona (ofisanta) gülümsəməsi, xoş davranması, zarafat etməsi sizə necə təsir edər?
• Qarsona hirsimi tökərəm
• Hirslənərəm, amma üzə vurmaram
• Mən də gülümsünərəm, zarafata qoşularam
• Vecimə almaram

4. Birlikdə tətilə getmiş olsanız oteldə keçirilən əyləncələrdə sevgilinizin iştirakına, qalib gəlməsinə münasibətiniz necə olar?
• Hərkəsin ona baxmağına görə narahat olardım
• "Bax, bu mənim sevgilimdi” deyib fəxr edərdim
• O əyləncələrdən zövq aldığı üçün problem yaratmaram
• Əhəmiyyət vermərəm

5. Sevgilinizin köhnə sevgilisi hər hansı bir məsələdə kömək istəmək üçün sevgilinizə müraciət etsə, nə tədbir görərsiniz?
• "Bu nə məsələdi?” deyib aləmi qarışdıraram.
• Kömək etmək üçün mən də əlimdən gələni edərəm
• Hirslənərəm, amma hiss etdirmərəm
• "Birinci dəfədən heç nə olmaz” deyib fikir vermərəm

6. Sevgilinizin qarşı cinsdən olan qohumları ilə yaxın və səmimi münasibətini necə qiymətləndirərsiniz?
• Çox yaxındılarsa, əsəbləşərəm
• "Qohumu” deyirsiniz, əlbəttə ki, yaxın olacaqlar
• O qədər də can-ciyər olmağa ehtiyac yoxdu!
• Heç fikir vermərəm

7. Saatlarla iş yerində qarşı cinsdən bir iş yoldaşı ilə işlədiyini bilsəniz nə reaksiya verərsiniz?
• Dünyanı başına yıxaram
• Çox sert reaksiya vermərəm, amma etirazımı bildirərəm
• Hirslənərəm, amma hiss etdirmərəm
• İş işdir, əbəttə ki, işləyəcək

8. Siz olmadan getməli olduğu 1 məclisə dəvət alsa, nə edərsiniz?
• Qətiyyən getməyini istəmərəm
• Başqa kimin dəvət olunduğunu öyrənib, ona görə davranaram
• Narahat olaram, amma gizlədərəm
• Heç nə etmərəm, son dərəcə normal bir haldır

9. Gecə vaxtı telefonuna mesaj gəlsə, sonra sizdən uzaqlaşıb kiməsə zəng etsə, qayıtdıqdan sonra sizə bu barədə heç nə deməsə, nə edərsiniz?
• O gecəni fəlakətə çevirərəm
• Çox sərt reaksiya vermərəm, amma kefim pozular
• "Deməli şəxsi məsələdi” deyib, üstünə çox düşmərəm
• Əhəmiyyət vermərəm

10. Qarşı cinsdən olan bir iş yoldaşı sevgilinizə ad günü hədiyyəsi alsa, nə edərsiniz?
• Hədiyyəni əvvəlcə sevgilimin, sonra iş yoldaşının başında parçalayaram
• Bunun nə mənaya gəldiyini sevgilimdən soruşaram
• Qanım qaralar amma ağ eləmərəm
• Nə qədər incə düşüncəli, diqqətli iş yoldaşı olduğunu düşünərəm


Cavablardan

I cavaba 3 bal,
II cavaba 2 bal,
III cavaba 1 bal
IV və V cavablara 0 bal hesablayın

20-30 olsa
Siz qısqanclığınızla sevgilinizi dəli edərsiniz! Dəhşətsiniz! Bu qədər də qısqanmaq olar??? Bu qədər də olmaz axı... Sizin qısqanclığınız ucbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana bilmir. Bəlkə onu 1 otaqda ağzı bağlı saxlayasınız, heç kim görməsin, hərdən bir də yeməyini-suyunu verin. çox qısqanc insanlar təhlükəli olurlar. Sevginizi qısqanmaqla, qadağan etməklə, onu həyatından bezdirməklə yox, xoş davranışla, onu başa düşməklə, istəklərini reallaşdırmaqla da göstərmək olar.

10-19 olsa
Əslində qısqanc sayılırsınız, amma sevgilinizə qoyduğunuz hörmət sizə özünüzə nəzarət etmənizə kömək edir. Bəzən anidən özünüzdən çıxsanız da, səbrli davranırsınız. Bu da qısqanclıq sayılmır, çünkü normal insanlar da belə reaksiya verir. Amma qarşınızdakı insan bunu qiymətləndirməli, sizi qısqandırmamalıdır.

0-9 olsa
Qısqanmaq??? O necə olur? Həddən artıq qısqanmaq psixoloji xəstəlik hesab edilsə də, hərdən ətrafınızda baş verənlərlə maraqlanın. Siz o qədər rahatsınız ki, sevgiliniz hərdən onu sevib-sevmədiyinizə şübhə ilə yanaşır. Onun həyatınızda necə vacib adam olduğunu qısqanclıq olmadan da göstərə bilərsiniz. Doğrudan da çox rahatsınız, sizi təbrik edirik! Dünyada hər kəs sizin kimi olsaydı, hamı problemsiz yaşayardı, dünya vecinə olmazdı.


Eziz userler cavabları zehemt olmasa şərhlərə yazarsınız
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri