Psixoloji test

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 026
Səs ver:
(səs: 3)
Aşağıdakı psixoloji sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Sualların cavabını çox düşünmədən ağlınıza ilk gəldiyi şəkildə bir kağıza yazın
 
Meşənin içində gedirsiniz yanınızda kim var?
Meşəni içində gedirsiniz bir heyvan gördünüz nə cür bir heyvan?
Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar (aqresiv və ya əksi)
Meşənin içində bir az daha gedirsiniz və birdən açıqlığa çıxırsınız qarşınızda xəyalınızdakı ev dayanır bu evi təsəvvür edin
Xəyalınızdaki evin yanında sarmaşıq varmı?
Evin içinə girirsiniz. Yemək otağına gedirsiniz və yemək masasını görürsünüz. Masanın üzərində və ətrafında nə olduğunu təsvir edin.
Arxa qapıdan çölə çıxırsınız. Otların üzərində bir qab görürsünüz. Qabın materialı nədəndir? (taxta,şüşə, kağız, dəmir və s.)
Qabın vəziyyəti necədi? (qırıq, möhkəm, köhnə, yeni). Qab ilə nə edirsiniz
Evin kənarına doğru gedirsiniz və özünüzü su kənarında tapırsınız. Nə tip bir su (göl, çay, okean və s.)
Suyun qarşısına necə keçirsiniz?(yəni islanırsız və ya quru)
 
Sizinlə gedən adam həyatınızdakı ən əhəmiyyətli adamdır.
Heyvanın böyüklüyü fərdi problemlərinizi nə qədər böyük gördüyünüzü təmsil edir.
Heyvan ilə aranızda keçən qarşılaşmanın problemlərinizlə necə baş etdiyinizi göstərir. (passiv, aqressiv).
Xəyalinizdəki evin böyüklüyü problemlərinizi həll etmək üçün nə qədər istəkli olduğunuzu göstərir.
Evin ətrafında heç sarmaşıq olmaması açıq bir insan olduğunuzu göstərir. İnsanlar hər zaman evinizə ziyarətə gələ bilər. Sarmaşıqların olması bir az daha bağlı bir xarakteri göstərir. İnsanların əvvəl zəng edərək gəlməsini istəyərsiniz.
Əgər cavabınızın içində, yeməkdə insanlar ya da çiçəklər yoxdursa ümumiyyətlə neqativ bir insansınız.
Qab nə qədər dayanıqlı bir vəsaitdən edilmiş isə 1ci  sualdakı yoldaşınız ilə olan əlaqəniz də o qədər dayanıqlı deməkdir. Məsələn: kağız və şüşə dayanıqlı deyil buna qarşılıq metal ya da plastik dayanıqlıdır.
Qab ilə nə etdiyiniz, 1ci sualdakı yoldaşınıza qarşı rəftarınızı ortaya qoyur. Məsələn qab misdən hazırlanmış və içi su dolu isə təkrar evə daşıyırsınızsa, bu sizin yoldaşınıza dəyər verdiyinizi göstərər və əlaqənizin möhkəm təməllərə söykəndiyini işarədir. Halbuki qab saxsıdır və qırıq isə, sizdə parçaları evdən uzağa atırsınızsa, bu adam ilə əlaqənizdə problemlər olduğunu və onu uzaqlaşdırmağa çalışdığınızı göstərir.
Suyun böyüklüyü sizin məhəbbətinizin göstəricisidir.Suyun qarşısına keçərkən nə qədər islandığınız məhəbbət həyatınızın nə qədər əhəmiyyətli olduğunu göstərir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 4 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri