Əl quruluşlarına görə xasiyyət

Müəllif: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 4 244
Səs ver:
(səs: 7)
Dördkünc əllər
Mətanətli və soyuqqanlıdırlar. Yüksək fikirli, hər şeyi düşünən və istəklərinə çatmaq üçün əllərindən gələni edəndirlər. Səbrli və səlistdirlər. Onlara ehtiyacı olan insanlara çox nadir halda kömək əli uzadırlar. Fəal və işlərini sevəndirlər. Çox yaxşı ailə başçısı olurlar. Nəzakətə, ədəb-ərkana, intizama çox düşkündürlər.

Uzunsov əllər
Təəssüf ki, belələri həyatla mübarizə üçün lazım olan xüsusiyyətlərə sahib deyil. Tez təsirlənən, idrak və mühakimədən tamamilə uzaqdırlar. Hər işə əl uzadıb, bacarıqlı olduqlarını göstərməyə çalışsalar da, qısa vaxtda laqeyidliklərini büruzə verirlər. Çox həssas olur, ancaq pislikləri tez unudurlar. Təmkinsiz, qərarsızdırlar. Belələrinə bel bağlamaq olmaz. Çox zövqlüdürlər, bəzək əşyalarını sevirlər. Yaxşı insanların yanında yaxşı, pislərin yanında isə pisdirlər. Su kimidirlər, hansı qəlibə tökülsə, o şəkli alırlar.

Çömçə əl (Barmaqları içəriyə doğru əyilən əllər)
Hər hansısa bir hadisəni araşdırıb, sonuna varmazlar. Heç kimə möhtac olmaz, kömək gözləməz, özündənrazıdırlar. Təbiət mənzərəsini çox sevirlər. Daim işləməyə həvəs göstərirlər. Səyahət etməyi xoşlayırlar. Maddi mənfəətlərini güdür, qazanclarının qədrini bilirlər.

Yumru əllər
Xeyirxah və itaətlidirlər. Haqq və həqiqət qarşısında heç vaxt inadcı deyillər. Ədəbiyyata meyilli olurlar. Xəyalları genişdir. Azadlıq düşkünüdürlər. Şən, mərhəmətli , şəfqətli olurlar. Hər şeylə maraqlanan, kədərdən uzaq insanlardır. Ağıllıdırlar, düşünmədən hərəkət etməzlər.

Dırnaqlara görə...

Dörbucaqlı dırnaqlar
Belə dırnaqları olanlar səliqəni çox sevirlər. Ən çətin hallardan asan çıxış yolu tapar, yaxınlarını çox çevər və diqqətcildirlər. Kimdənsə asılı olmağı xoşlamırlar.

Uzunsov dırnaqlar
Bu cür dırnaq sahiblərinin sanki gizli enerji mənbəyi var. Realistdirlər. Keçmişi xatırlamağı xoşlamayıb, gələcəyə ümidlə baxırlar.

Üçbucaq dırnaqlar
Optimistdirlər, həyatlarında baş verən hər bir hadisəyə, yeniliyə ümidlə baxırlar. Belə insanlar yaradıcı olurlar.

Trapes dırnaqlar
Onlar özlərini sevən, başqalarına əhəmiyyət verməyənlərdir. «Burda mənəm, Bağdadda kor xəlifə» məsələ onlar üçün yaranıb.

Yumru dırnaqlar
Belələri xəyalpərəst olurlar. Daima xəyal qurur, göz yaşı tökürlər. Bütün uğursuzluqlarda özlərini günahlandırırlar. Yaxınlarına və dostlarına hər zaman uğursuzluq gətirdiklərini düşünürlər.
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 4 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri