Bədəniniz əslində neçə yaşındadır? - TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 235
Səs ver:
(səs: 0)
Yaşınızı sadəcə təqvimlə müəyyənləşdirə bilməzsiniz. Çünki yaşadığınız şərait, ətraf mühit təsiri, qidalanma rejiminiz, yuxu saatlarınız, stress və pis vərdişlər bədəninizin daha tez və ya gec yaşlanmasına səbəb olur.

İngiltərəli elm adamları insanın əsl yaşının onun sağlamlığı ilə birbaşa əlaqəli olduğunu düşünürlər. Bu mövzuda araşdırmalara aparan professor Robert Uial insanların bədən yaşını hesablamağın yolunu tapdığını iddia edir. Onun bu məqsədlə hazırladığı test "Daily Mirror” qəzetində yayımlanıb.

Həmin testi təqdim edirik. Testi həyata keçirərək siz də öz yaşınızı rahatlıqla hesablaya bilərsiniz.

Dərinin elastikliyi
Dəri yaşlandıqca ona elastiklik qazandıran kolajen və elastin maddələrində azalma müşahidə edilir. Əlinizin üzərindəki dərini çimdikləyib dartın və bir dəqiqə bu vəziyyətdə saxlayın. Dərini buraxandan sonra normal halına qayıtması nə qədər çəkir?

Dərhal – 18-20 yaş
1 — 2 saniyə: 30-40 yaş arası
3 — 4 saniyə: 40-50 yaş arası
5 — 10 saniyə: 50-60 yaş arası
11 — 30 saniyə: 60-70 yaş arası
31 — 45 saniyə: 70-80 yaş arası
45 saniyədən çox çəkirsə, deməli 90 yaşındasınız.

Reaksiya
Bədəniniz qocaldıqca xarici təsirlərə daha gec reaksiya verir
Yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və dostunuzdan əlinizin üzərində 45 santimetrlik bir xətkeş tutmasını xahiş edin. O, xətkeşi buraxanda siz tutun. Xətkeşi harasından tutmağınız sizin reaksiyanızın cəldliyindən və ya yavaşlığından xəbər verir.
 
14 sm: 20-30 yaş arası
15 — 24 sm: 30-40 yaş arası
25 — 29 sm: 40-50 yaş arası
30 — 35 sm: 50-60 yaş arası
40 sm: 60-70 yaş arası

Zehin
100-dən geriyə yeddi-yeddi sayın. Nə qədər müddətə saya bilirsiniz? Proses 25 saniyədən çox çəkirsə, deməli, zehniniz yaşlıdır.
20 saniyədən daha tez: yaşınız 40-a çatmayıb
25 saniyə: 40 — 60 yaş arası
Nəticədən əmin olmaq üçün daha bir test də edin. Bir dəqiqə ərzində meyvə və tərəvəz adlarını sadalayın. Əgər fasilə vermədən 15 tərəvəz adı sadalaya bilmisinizsə, deməli, zehniniz 60 yaşa yaxınlaşır.

Tarazlıq
Sağ ayağınızı 45 dərəcə əyri halda saxlayarkən, sol ayağınızın üzərində dayanın, əllərinizi isə ombanızın üzərinə qoyun. Gözlərinizi yumun. Sağ ayağınız üzərində tarazlığınızı itirmədən nə qədər dayana bildiyinizə diqqət edin. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrarlayın. Üç dəfənin nəticələrini nəzərə alaraq təxmini müddəti hesablayın.

70 saniyədən çox: 20-30 yaş arası
60 — 69 saniyə: 30-40 yaş arası
50 — 59 saniyə: 40-50 yaş arası
40 — 49 saniyə: 50-60 yaş arası
30 — 39 saniyə: 60-70 yaş arası
20 — 29 saniyə: 70-80 yaş
19 saniyədən az: 80-90 yaş arası

Göz bəbəyi
İnsan yaşlandıqca göz bəbəyi kiçilir. Ancaq işıq da göz bəbəyini kiçildə bilər. Ona görə də bu testi çox işıqlı mühitdə etmək olmaz.
Gözbəbəyiniz 4 mm-dirsə, bioloji yaşınız 30; 2 mm-dirsə, 60-dır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri